Page 407 - Turk_Edebiyyati_Antologiyasi
P. 407

407




                        ŞƏFƏQ TÜRKÜSÜ


               Mәni burada axtarma ana
               qapıda adımı soruşma
               saçlarına ulduz düşüb
               qoparma, ana
               ağlama                                                Nevzat Çelik

                        nә zamandır üzüm tәraşlı
                        gözlәrim şәfәq gözlәdi
                        qulağım sәsdә
                        ölüm hәsrәti çәkdim, ana
                        yaşamaq istәrkәn dәlicәsinә…



                          BAHAR AĞRISI


               bir bahar da dönüb gedәcәk qapıdan
               bir bahar da sәnsiz yaşanacaq
               demәk
               bir bahar da
               insanlar asılacaq şәfәq çağında
               mәn әn çox şәfәq vaxtı ağlaram.



                                PAYIZ

               sarı yarpaqları ağacların
               qanadları qırıq quş kimi düşür
               düz buradan duyulur gurultusu
               qәlbimdә dәhşәtli kәdәr üşüyür
               quru yarpaqları ağacların
               qanadları qırıq quş kimi düşür
   402   403   404   405   406   407   408   409   410   411   412