Page 404 - Turk_Edebiyyati_Antologiyasi
P. 404

Türkiyə ədəbiyyatı antologiyası
      404
                                  SƏRİN SAAT


                     zәdә, keçdi
                     yerdәki…

                     şәhәrdә cinayәt işlәyәn kora oxşayırdı


                     o sәhifәni mәn qopardım kökündәn
                     o qanadı mәn qırdım

                     ruhumda xışıldayan öd sarısı yırtığı
                     dәniz yosunuyla, yodla
                     öz kәfәnini duzlayan kimi mәn yamadım

                     dost ola bilmәrәm,
                     dost qala bilmәrәm…
                     gözlәrin xәyanәti dalğa-dalğa yayılarkәn
                     vә qaçaraq, diksinmiş bir almacıq
                     sümüyü üzümә çarpılarkәn…

                     ağaclara salam verir, meşәyә gülümsәyirәm
                     göy üzünә sükut edir, dağlara dәrd söylәyirәm
                     mәn ki, tәnha mayaklar önündәn
                     dәniz güllәri vә şabalıdların kәdәrinә
                     kәdәr qatıram.

                     gedәrgiyәm..
                     sәfәrdәyәm bir dәnizdәn başqa dәnizә
                     bir әncirdәn digәrinә…



                                        QABIQ

                     Kölgәsini mәlәklәrin toxuduğu ruha
                     vurulmaq! O sehrli mәhkumluq
                     vüsal vә qiraәt…
   399   400   401   402   403   404   405   406   407   408   409