Page 364 - Turk_Edebiyyati_Antologiyasi
P. 364

Türkiyə ədəbiyyatı antologiyası
      364
                                     DİKSİN!


                     Bir әqrәb girdi yuxuma
                     gördüm fır-fır fırlanır
                     zamanın alәmindә

                     Bir әqrәb girdi yuxuma
                     qaldırıb quyruğunu
                     az qalır dәysin özünә

                     Bәs mәn? Mәn dә
                     bir zәrrәyәmmiş guya
                     quyruğunun harasındasa



                          SANKİ BAŞQA BİR MƏN


                     Mәnә baxan körpә başları
                     qarışıq bir qәzet sәhifәsindәn
                     sanki gözlük reklamı deyil heç
                     tәnhalığın şәkillәşmiş halıdı
                     uşaq saflığı hәdsiz çirklәnib
                     halı dünyanın qiyamәt günü
                     küçәyә baxan gәnc qız başı
                     bir az әvvәl yatdığı adamın çiyni üstdәn
                     bir az әvvәlki titrәyişlәrin vә әzabın üstdәn
                     gözlәrimә baxan pırıltı
                     dәrin, tәnha
                     sanki sәn vә o! o vә sәn!
                     nә qәribә tәmasdı
                     başqa bir insan vә sәn!
                     nәbzi әlindә vuran vә başqa!
                     sanki bir yataqda bәdәn-bәdәnә vә gözlәrinә baxaraq
                     yalnız sәn vә o! o vә sәn!
   359   360   361   362   363   364   365   366   367   368   369