Page 368 - Turk_Edebiyyati_Antologiyasi
P. 368

Türkiyə ədəbiyyatı antologiyası
      368
                     Unutdum, әllәri necәydi anamın
                     Unutdum, gözlәri necәydi baxarkәn
                     Quru ot qoxusu gәtirsin külәk
                     Narın-narın yağış yağarkәn



                                ÖLKƏ NƏDİR?


                     Ölkә nәdir? – soruşdum
                     Yuxuculun birindәn
                     Ölkә – röyalar, – dedi
                     Sonrasından mәnә nә

                              Ölkә nәdir? – soruşdum
                              Çöldә açan çiçәkdәn
                              Ölkә – әtrimdir, – dedi
                              Sonrasından mәnә nә

                     Ölkә nәdir?  – soruşdum
                     Göydә uçan şahindәn
                     Ölkә – ovumdur, – dedi
                     Sonrasından mәnә nә

                              Ölkә nәdir? – soruşdum
                              Yerdә sürünәn ilandan
                              Ölkә – yuvamdır, – dedi
                             Sonrasından mәnә nә


                     Ölkә nәdir? – soruşdum
                     Cibi dolu birindәn
                     Ölkә – pulumdur, – dedi
                     Sonrasından mәnә nә
   363   364   365   366   367   368   369   370   371   372   373