Page 367 - Turk_Edebiyyati_Antologiyasi
P. 367
367
SENTYABR SƏHƏRİNİN SƏRİNLİYİ
Sentyabr sәhәrinin sәrinliyini
Yarpaqların sәrinliyini
Ciyәrlәrimә doldururam
Sәssizlik vә sәrinlik Ataol Bəhramoğlu
Birlәşir canımda
Yuyunmuş göyәrçinlәr
Vә çox uzaq qatar sәsi
Hәr zaman yenidәn başlamaq duyğusu
Doğulur içimdә
Hәr oyananda
Düşmәnlәrimi bağışlayıram
Daha çox sevirәm dostlarımı
Hәr oyananda
Sentyabr sәhәrinin sәrinliyini
Yarpaqların sәrinliyini
Ürәyimә doldururam.
UNUTDUM NECƏYDİ ANAMIN ÜZÜ
Unutdum, necәydi anamın üzü
Unutdum, sәsi necәydi anamın
Gecә bürüncәk olsun xatirәlәrdәn
Qara ürәyimin üstünә örtüm.
Unutdum, necәydi anamın gülüşü
Unutdum, necәydi ağlarkәn anam
Hәyat qollarında yellәsin mәni
Balaca oğluyam çoxdan mәn onun