Page 361 - Turk_Edebiyyati_Antologiyasi
P. 361
361
XATİRƏ DƏFTƏRİNDƏ GÜL YARPAĞI
Xatirә dәftәrindә gül yarpağı
Kimi unuduldum, qurudum
Başıma düşmüş sevda toru
Tәkcә tәnhalıqlarda qәhr oldum
Sәn, kim bilir, rüzgarlı әtәklәrinlә Cahit Zərifoğlu
Kim bilir, hansı iqlimdәsәn, mәn
Sәnsiz bu sәssizlikdә
Dәli kimiyәm sәnsiz
Bu sәssizlikdә
Ayrılıqla başım bәlada
Gözlәrini çevir gözlәrimә
Yoxsa sәnsiz bu sәssizlikdә
Dәli kimiyәm
Sәnsiz bu sәssizlikdә
QOVĞA
Daş vә dәyәnәk
İki kәndçi qarşı-qarşıya…
Qovaq ağacları şahid
Bir dә şanapipik quşu
Əncir tәnha,
Badam yaşıl qabıqlı.
Şüşәdәki xәyalınla
İki hiddәtli buğa
Sevdalılar çarpışır
Tәbiәtin ortasında
Göz qırpa-qırpa arx axır
Matdım-matdım baxır
çoban iti dә.