Page 350 - Turk_Edebiyyati_Antologiyasi
P. 350
Türkiyə ədəbiyyatı antologiyası
350
VƏZİYYƏT
Bazar günü keçmәk bilmir heç
Birdәn qovaq fışqırır pәncәrәdәn
Tez qapını bağlayır bir küçә
Bir qız saatına baxır meydanda
Gәncliyim, günәşim, külәyim mәnim!
Bu şagirdlik sәhәr-axşam baş alıb gedir.
Bazar günü keçmәk bilmir heç
Torpağın altında әriyir günәş
Sevdiyim uzaqda, bir an qәdәr yaxın
Aramızda sәssizliyin amansız qanunu
Xәyalımda dәnizlә bәzәdilmiş şәhәrim
Alışır sevgilim artıq yarpaq tökümünә
Bazar günü keçmәk bilmir heç
Harda o ölümә getmәk hekayәti
Ölümә getmәk, tarla şumlayan kimi,
Getmәk gәnc vә xoşbәxt, getmәk sәssizcә…
Bazar günü keçmәk bilmir heç
Gecәnin Gündüzlә qovuşduğu yerdә
Saatlar ötüşür barmaqlarımın arasından
Paslanmış dәmir rәngli saatlar
Tәzә qan qoxusu kәsiflәşir beynimdә
Bir bazar – yanıb külә dönmüş gövdә,
Bütün bazarlar kimi keçir
Bütün aylar, bütün illәr kimi keçir.
Şәhәrim bir az uzaqda, bәzәdilmiş bir gәmi…