Page 354 - Turk_Edebiyyati_Antologiyasi
P. 354
Türkiyə ədəbiyyatı antologiyası
354
TƏNHALIQ BİR TARİXDİR
Tәnhalıq bir tarixdir; ikimiz
Durmuşuq otaqlarda paltar kimi
Ən ağır nәfәslәrlә çәkir ipi
Kim bilir kimlәrә qalmağımız
Tәnhalıq bir tarixdir; sәnmisәn
Keçmişi çәkib gedәn ağ durna?
Ya mәndәn öncәydi ya mәndәn çox sonra
Bir xalq türküsündә gül olan sәsin
Tәnhalıq bir tarixdir; onlarda
Göy dediyin iki quşun arası
Ey baharlı gülüşlәrin sonrası
Qәfildәn donur gül, baxışlarda
BATİNİ
hәr şey batini! göl
öz dibinә batandan
başqa nәdir? әzablar
ağır vә qara bayraqlarını
qayığıma çәkәndәn bәriydi
hәr şey batini! cismim
özünün hәsrәtini çәkir birdәn:
“mәn özümün
qayığıyam mәn.”
belә dedi vә deyәn
o biri yolçulardan biriydi: