Page 347 - Turk_Edebiyyati_Antologiyasi
P. 347
347
MƏRMƏRLƏRİ GÜNÜMÜZƏ QALAN
QADINLAR 1
gül qoxuyan otaqlarında güzgülәr müqabilindә
layiq olmuşlar ağ rәngә
mәrmәrlәri günümüzә qalan qadınlar
bәdәni döymәli, qalın dodaqlı Kamal Özər
bir kölәnin sәhәrәcәn yataqlarında olduğu
utana-utana yazılmış qәdim kitabların
BİLDİRİŞ
Gәzdiyin zaman sәninlә birgә gәzsin deyә
şәhәrlәrdәki dar küçәlәr,
geniş meydanlarına çıxsın deyә alın tәrinin,
gәzdiyin vaxt dәyişsin deyә dünya
vә hәyat xoşbәxt bir türkü olsun deyә
dağlarda bir-bir qalanır bu tonqallar
ANCAQ BİRİ
Yanından keçirik taxta hasarın
Hәrgünkü kimi yolumuzda
Ancaq bir nәfәr, bir gәnc
Tullanır görmәk üçün arxa tәrәfi
Bu qәdәr bezgin insan arasında
Ancaq bir nәfәr
1 Günümüzә gәlib çıxan mәrmәr qadın heykәllәri nәzәrdә tutulur.