Page 344 - Turk_Edebiyyati_Antologiyasi
P. 344
Türkiyə ədəbiyyatı antologiyası
344
BİZANS KÜRƏYİMDƏ
Bir ürәyi gәzdirirәm sahillәrindә
Qoy qınasın әtrafım mәni
Evimin tәmәllәrindә Akdәniz çırpıntısı
Minlәrcә illik suyun әsl diriliyi
Ağ divarlarda bәnövşәyi çiçәklәr
Yeni çağın soy dalğaları küçәlәrdә
Günәşdә uşaqlarımın ayaq izlәri
Troya önündә Bizans
kürәyimdә evimin bağlı qapısı
O YARPAQ
O yarpaq düşәndә
Mәn ordaydım
Heç bir şeyi dәyişdirmәdi şahidliyim
Budağın ucunda tәk idi
Kiçik әsinti belә yox idi
Elәcә qopdu
Burula-burula yellәnib
Yerә qondu
Yaşılı tükәnmәmişdi hәlә
Damarları qurumamışdı
Düşdü
O yarpaq
Bir kәs yox idi
Şahidliyim heç bir şeyi dәyişdirmәdi.