Page 348 - Turk_Edebiyyati_Antologiyasi
P. 348

Türkiyə ədəbiyyatı antologiyası
      348
                                  ALOV KİMİ


                     Alov kimidi şairin xanımı
                     Hara getsә onunla qarşılaşır
                     onun tutduğu güzgüdә görür şair
                     sonralar şeirә dönәcәk әlamәtlәri.

                     Alov kimidi şairin xanımı
                     Qaşlarının bir-birinә dәyәcәk qәdәr
                     yaxın olması vә dәymәdәn qalması,
                     az qala çiyinlәrә doğru axması
                     vә durması saçlarının boynunda elәcә –
                     yaşadır şairә yenidәn
                     başının hәrlәnmәyini
                     baxdığı zaman uçurumun kәnarından.

                     Daim açıq kitabından gözlәrinin
                     oxuduğu sәtirlәrlә çatdırdı qәlbini,
                     daim düzüb-qoşan әllәrindәn öyrәndi
                     nә vaxt bir işә girişdisә
                     istәdiyini alanadәk әl çәkmәmәyi.

                     Ərmağandı. Günәşli günlәrin
                     soldurammadığı alov, söndürә bilmәdiyi
                     yeri-göyü qovuşduran fırtınanın belә
                     Kiçik alovdu. Hәssas vә titrәk.
   343   344   345   346   347   348   349   350   351   352   353