Page 6 - Design_Isiquro-Son_Layout 1
P. 6

Bununla da, sanki yaradıcılığının ilkin mәrhәlәsini tamamlayan
               Kazuo İşiquro sonrakı әsәrlәrinin mövzusunu daha yaxşı bәlәd
               olduğu mühitdәn götürmәyә başladı. Onun “O günlәrdәn qalanlar”
               (1989) romanı әnәnәlәrin yox olub getmәsindәn, İkinci Dünya
               müharibәsinin yaxınlaşmasından vә faşizmin baş qaldırmasından
               bәhs edir. Tәnqidçilәr bu әsәri “XX әsrin sonlarında yapon yazıçı
               tәrәfindәn qәlәmә alınmış әn “ingilissayağı” roman adlandırdılar
               vә İşiquronu başqa dildә sanballı әsәrlәr yaratmış Cozef Konrad vә
               Vladimir Nabokovla müqayisә etdilәr. Tәsadüfi deyil ki, roman in-
               gilisdilli әdәbiyyatın әn nüfuzlu  Buker mükafatına layiq görüldü,
               az sonra isә uğurla ekranlaşdırıldı.
                   “Çarәsizlәr” (1995) romanında artıq  yazıçının özünәxas üslub
               axtarışları ilә mәşğul olduğu açıq-aşkar görünmәyә başladı. Yaşa -
               dığı dövrün keçirdiyi böhranla üz-üzә qalan insanın ağrılarını
               mürәk kәb üslubda, müxtәlif әdәbi vә musiqi allüziyaları ilә oxucuya
               çatdıran Kazuo İşiquro növbәti “Biz yetim olanda” (2000) roma -
               nında özünü detektiv janrında sınadı.
                   Kazuo İşiquronun artıq dünyanın onlarla dilinә çevrilmiş
               “Mәni atıb getmә” (2005) romanında qapalı pansionda tәhsil alan
               gәnclәrin hәyatından bәhs olunur. Yazıçı әsәrdә öz taleyinә qarşı
               olan adamların hәyatını peşәkarlıq vә ustalıqla tәsvir edib. Tәsadüfi
               deyil ki, roman “Time” jurnalının versiyası üzrә bütün zamanların
               100 әn yaxşı ingilis romanı siyahısına salınıb. Yazıçı 2008-ci ildә
               dә hәmin nәşrin versiyasına görә, “1945-ci ildәn bu vaxtacan әn
               yaxşı 50 britaniyalı yazıçı” siyahısında 32-ci yerә layiq görülüb.
           Kazuo İşiquro  әsәr dәki hadisәlәr orta әsrlәr İngiltәrәsindә, Kral Arturun sara yın -
                   İşiquro “Dәfn edilmiş nәhәng” (2015) adlı son romanında da
               üs lub axtarışlarını davam etdirib. Fentezi janrında qәlәmә alınmış
               da cәrәyan edir. Yazıçının zәngin fantaziyası, yüksәk peşәkarlığı vә
               әdәbi priyomları әsәri oxuyan oxucunu sonacan maraq içindә sax -
               la yır.
                   Kazuo İşiquro Britaniya Kral Әdәbiyyatı Cәmiyyәtinin üzvüdür,
               İngiltәrә, Fransa vә ABŞ-da nüfuzlu mükafatlara layiq görülüb,
               әsәrlәrinin motivlәri üzrә bir neçә film çәkilib. Tәnqidçilәr onun
               yaradıcılığının Ceyn Ostin vә Frans Kafka üslubunun qarışığından
               ibarәt olduğunu vә eyni zamanda әsәrlәrindә Marsel Prust
               cizgilәrinin duyulduğunu yazır, yazıçını Salman Rüşdi vә Henri
               Ceymslә müqayisә edirlәr. Bununla belә, Әdәbiyyat üzrә Nobel
               mükafatının 110-cu sahibi (mükafat dörd dәfә iki müәllif arasında
               bölüşdürülüb) olan yapon әsilli Britaniya yazıçısı artıq dünyanın
               әn nәhәng әdәbi simaları sırasında öz layiqli yerini tutub.
           6
   1   2   3   4   5   6   7   8   9   10   11