Page 5 - Design_Isiquro-Son_Layout 1
P. 5
DAİM ÜSLUB AXTARIŞINDA
OLAN YAZIÇI
İsveç Akademiyası 2017-ci ilin Әdәbiyyat üzrә Nobel müka -
fatına İngiltәrәdә yaşayan vә ingilis dilindә yazan yapon әsilli yazıçı
Kazuo İşiquronu layiq gördü. O, bu mükafatı “Dünya ilә illüziyalı
әlaqә duyğusu arasındakı uçurumu öz romanlarında qeyri-adi emo-
sional siqlәtlә açdığına görә” qazandı. Akademiyanın bu seçimi
әdәbi alәm üçün gözlәnilmәz olsa da, mübahisәlәrә sәbәb olmadı.
Bunun da başlıca sәbәbi artıq İşiquronun dünya miqyasında böyük
nüfuz qazanması vә әsәrlәrinin 30-dan artıq dilә çevrilmәsidir. O günlərdən qalanlar
Kazuo İşiquro 1954-cü ildә Yaponiyada, bәşәriyyәtin yaddaşına
ilk atom fәlakәti ilә hәkk olunmuş Naqasaki şәhәrindә doğulub.
Cәmi 6 yaşı olanda ailәsi İngiltәrәnin Gilford şәhәrinә köçüb vә
onun qismәtinә tәhsilini ingilis dilindә almaq vә genetik kodlarla
bağlı olduğu Yaponiyanın tarixini, mәdәniyyәtini vә әdәbiyyatını in-
gilis dili vasitәsi ilә öyrәnmәk düşüb. O, oğlanlar gimnaziyasını
bitirәndәn sonra hәyatda öz yerini tapmaq üçün yollar arayıb:
әvvәlcә musiqiçi kimi gecә klublarında çıxış edib, uğursuzluğa
düçar olandan sonra Kent Universitetindә ingilis dili vә fәlsәfә üzrә
bakalavr, iki il sonra isә Şәrqi İngiltәrә Universitetindә magistr
dәrәcәlәrini qazanıb. Belә görünürdü ki, o artıq elm sahәsini seçib
vә gәlәcәkdә elmi axtarışlarla mәşğul olacaq.
Amma 1981-ci ildә gәnc yazıçıların әsәrlәrindәn ibarәt antolo -
giyada çap olunmuş üç hekayәsinin maraqla qarşılanması Kazuo-
nun hәyat vә yaradıcılıq yolunu dәyişdi. O, bundan sonra
әdә biy yatla ciddi mәşğul olmağı, dünyanı sözlә fәth etmәyi qarşısına
mәqsәd qoydu.
1982-ci ildә qәlәmә aldığı “Orada, tüstü içindәki tәpәliklәrdә”
romanı Kazuo İşiquroya özünün dә gözlәmәdiyi uğur gәtirdi. Doğul -
duğu Naqasaki şәhәrinin atom bombardmanından sonra yenidәn
qurulmasına hәsr olunmuş әsәrdә müәllifin uşaqlıq çağlarından
yaddaşında qalmış ağrı-acılarla dolu duyğular tәsvir edilib.
Tәnqidin uğurlu saydığı vә az sonra bir çox dillәrә çevrilәn bu ilk
irihәcmli әsәri ona Uinifred Holtbi vә növbәti il “Әn yaxşı gәnc
Britaniya yazıçısı” mükafatlarını qazandırdı.
Kazuo İşiquro “Qәrarsız dünyanın sәnәtçisi” (1986) adlı
növbәti romanında İkinci Dünya müharibәsi illәrindә Yaponiya
әhalisinin yaşadığı faciәlәri tәsvir edib. Roman әdәbi dairәlәrin
diqqәtini dәrhal cәlb edәrәk, ilin әn yaxşı kitabı kimi gәnc müәllifә
nüfuzlu Uitbred mükafatı qazandırdı.
5