Page 884 - antologiya - poeziya_175x250_Layout 1
P. 884

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                                    Duz


                              eymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca
                              qara çamadanı vә içi dolu hәsir zәnbili gәtirib onun qarşısına
                        Sqoydu.
                        Oğlan şeylәrә tәrәf baxmadı. Gözlәrini anasının yanına sallanmış
                    damarlı, quru әllәrinә zillәdi.
                        Sonra onu umacaqlı baxışla süzdü. Firuzә oğlunun fikrini anlayıb
                    gülümsәdi. Әlini dirsәkdәn ilmәsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinә
                    saldı.
                        – Al, hәlәlik bunu xәrclә…
                        Seymur sәliqә ilә bükülmüş pulun arasını açdı. Üç dәnә qırmızı onluğu
              308   görüb qaşqabağını tökdü. Gah ovcundakı pula, gah da anasına baxdı.
                        Ayrılıq dәqiqәlәrindә ürәyini sarmış kövrәklik әriyib getdi.
                        Deyәcәyi vida sözlәri qırılmış zәncir halqaları kimi beynindә dağıldı,
                    pәrәn-pәrәn düşdü. Gözucu anasının ciblәrinә baxdı. “Bәlkә, yenә verdi?..
                    Bәlkә…”
                        Firuzә sanki oğlunun titrәyәn barmaqlarını görmәmәk üçün üzünü
                    döndәrdi.
                        Baxışları hәsir zәnbilin üstündә dolandı:
                        – Maşın küçәdә sәni gözlәyir.
                        Seymur qırmızı onluqları ovcunda sıxıb yumruladı:
                        – Otuz manatla hara gedim?
                        Firuzә istәdi oğlunun hirsini dağıtsın, könlünü alsın. Gülümsәdi. Vә
                    tez dә peşman oldu; anladı ki, bu tәbәssüm Seymurun olan-qalan sәbrini
                    çalxaladı, daşdırdı.
                        Oğlan pulu stolun üstünә atdı:
                        – Bilsәydim belә olacaq, heç qış tәtilinә gәlmәzdim. Başqaları öz
                    uşaqlarını ağıllı-başlı yola salırlar.
                        Ana köks ötürdü.
                        – Bizim dә gücümüz buna çatır.
                        – Elә bilirsiniz tәlәbә olmaq asandır? Şәhәrdә dolanmaq asandır?
                        Seymurun sәsi dә titrәdi, dodaqları da. Atası ilk dәfә onun nәzәrindә
                    adilәşdi, balacalaşdı. “O da gedib özünә sәnәt tapıb. Poçtalyonluqdan nә
                    çıxar? Otuz ildir onun-bunun qapısına mәktub daşıyır. Ciblәri dә boş.”
                        Firuzә istәmirdi ki, Seymur evdәn narazı getsin. İstәmirdi ki, bu vida
                    dәqiqәlәri sonralar ağır daş olub ürәyindәn asılsın. Ana oğlunu mәhәbbәtlә
   879   880   881   882   883   884   885   886   887   888   889