Page 782 - antologiya - poeziya_175x250_Layout 1
P. 782

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Heç naraһat olma!
                        – Sizi and verirәm әn istәklinizin xatirinә, bu sözlәrin birini dә o
                    bilmәsin, yoxsa qoca vaxtımda başıma oyun açar, uşaqlarım acından qırılar.
                        Anri bu söһbәt һaqqında bir kәlmә dә Edqara söylәmәyәcәyini deyib
                    qocanı arxayın etdi:
                        – Mәn sabaһ yola düşmәliyәm, – dedi. – Gedәndә sizinlә görüşmәk
                    imkanım olmayacaq. Sizә һәdiyyә vermәk istәyirәm. – O, cib saatını çıxarıb
                    qocaya uzatdı.
                        Qoca gözlәrinә inanmırdı. Saatı әlinә alıb һeyrәtlә qonağa baxdı.
                        – Bunu mәnә verirsiniz?
                        – Bәli, bir yadigar kimi.
                        Qocanın gözlәri yaşardı:
                        – Ağa, siz doğrudanmı fransızsınız?
              206       – Fransızam. Ancaq ağa deyilәm.
                        Qoca әllәrini göyә qaldırıb Allaһa dua etdi. Edqar yaxınlaşdıqda Anri
                    tәbәssümlә ona dedi:
                        – Bu qoca sizi çox tәriflәyir. Edqar gülümsәdi:
                        – O әn yaxşı işçimdir.
                        Qocanın gözlәri sәmimiyyәtlә gülümsәdi.
                        Bu sәһәr dә Edqar qonağın necә yatdığını soruşduqda Anri zarafatla
                    dedi:
                        – Yaxşı yatmışam. Ancaq ilan yuvası olan meynә yuxuma girib, oradan
                    çoxlu üzüm dәrmişәm...
                        – Әzizim, üzüm göz yaşıdır.
                        – Bәs ilan?
                        – Siz onu necә görmüsünüz?
                        – Görmüşәm ki, mәni çalmaq istәyir, mәn isә onu öldürürәm.
                        – Bu yaxşıdır. Demәk, әvvәl bir az әziyyәt çәkәçәksiniz, sonra isә
                    xoşbәxtlik üzünüzә gülәcәk. Yuxunu düzmü yozdum?
                        Anri cavab vermәdi: “Taleyindәn son dәrәcә razı – “Üzüm kralı” ad-
                    lanan bu adamın yalnız bircә şeyi çatmır. Bütün ölkәdә şöһrәt qazanmaq,
                    tarixә düşmәk. Mәn dә onun arzusunu yerinә yetirib “tarixә” salacağam.
                    Ha, һa...”. Demәk, yenә siyasәt. Doğrudur, müһәrrir belә yazını çap
                    etmәyәcәkdir. Ancaq bu mövzu mәnim üçün böyük kәşfdir...
                        Anri öz sәfәrindәn razı qalmışdı.  Vaxtilә dumanlı görünәn çox
                    mәsәlәlәr indi ona aydın idi. Yalnız ilan yuvasının olduğu yerin sirrini һeç
                    vәcһlә öyrәnә bilmәmişdi. O, indi şәһәrә qayıdarkәn ancaq bu barәdә
                    düşünürdü.
   777   778   779   780   781   782   783   784   785   786   787