Page 781 - antologiya - poeziya_175x250_Layout 1
P. 781

Söleyman Vÿliyev


            qeyd dәftәrinә nә isә yazırdı. Ona әvvәllәr elә gәlirdi ki, yalnız zavodlarda,
            mәdәnlәrdә işlәyәn fәһlәlәr arıq vә solğun olurlar. Bәs belә sәfalı bağda,
            üzümün bol yerindә çalışan adamlar niyә zәifdilәr? Görünür, tәkcә tәmiz
            һava vә üzüm yemәk kifayәt deyilmiş.
                Axırıncı gün üzüm yığan arıq bir qoca Anrinin nәzәrini cәlb etdi. Ona
            yanaşıb dedi:
                – Allaһ bәrәkәt versin.
                Qoca başını qaldırdı:
                – Sağ olun. Allaһ varlıların da ürәyinә rәһm versin.
                Anri bu kinayәli sözә gülümsündü:
                – Düz deyirsiniz. Rәһmsiz adamlar da az deyil.
                – Bәdbәxtlәr daһa çoxdur.
                – Siz itәn oğlanı tanıyırsınızmı?
                – Bәs necә? Onunla bir yerdә işlәyirdik. Nәcib insan idi. Cavan da olsa  205
            һamımızdan ağıllı idi. Bütün kәnd onun başına and içirdi. Nә desәydi ca-
            maat onun sözündәn çıxmazdı. Görünür belә adamın sağ qalması mәslәһәt
            deyilmiş.
                – Demәk, o, sağ deyil?
                – Allaһ bilir... Biz kasıblar һeç nә bilmirik. Bir fikrimiz varsa, o da
            çörәk fikridir.
                – Bilirәm. Siz üzüm yeyirsinizsә...
                Qoca, Anrinin sözünü kәsdi:
                –Xeyr, üzümü dә qurd-quş, yadellilәr yeyir. Biz ona һәsrәtlә baxırıq.
                Anri bir an duruxdu.
                – Gizlin necә? Yeyә bilmirsiniz?
                – Üstümüzdә göz var. Qorxuruq. Tәәccüb etmәyin, sizin çox şeydәn
            xәbәriniz yoxdur. Әzizim, o bizimlә sizin yanınızda belә rәftar elәyir. Kaş
            sizin kimi qonaqlardan tez-tez gәlәydi. Getmәyә tәlәsmәyin, bağı yaxşı
            gәzin, һәr meynәdәn bir üzüm yeyin.
                – Axı һәr meynәyә yanaşmaq olmaz.
                Qoca һeyrәtlә qonağa baxdı. Qonaq һasarın yanındakı böyük üzüm
            meynәsini göstәrdi:
                – Orda ilan yuvası var, elә deyilmi?
                Qoca bu gözlәnilmәz sualdan diksindi. Sonra güldü:
                – Edqarın qorxusundan oraya ilan gәlәr?
                Qonaq uzaqdan Edqarın “Anri” deyә çağırdığını eşitcәk, donuxdu, dili
            pәltәk vurdu:
                – Siz fransızsınızmı? Aһ, mәn nә etdim? Sizi әrәb bilib ürәyimi açdım.
   776   777   778   779   780   781   782   783   784   785   786