Page 777 - antologiya - poeziya_175x250_Layout 1
P. 777

Söleyman Vÿliyev




                                   Bir salxım üzüm


                        lcәzairdә nәşr edilәn bir qәzetin müһәrriri, Anri Rava ilә
                        görüşdükdәn sonra dedi: – Dünәn sizin “Ana” һekayәnizi bir
                Әdaһa maraqla oxudum vә öz-özümә dedim:
                “Heç rәvadırmı, belә gözәl qәlәm saһibi olan bir әdib sussun?” Mәn
            bir xeyirxaһınız kimi mәslәһәt görürәm ki, yenә yazıb yaradasınız. Ancaq
            bilirәm, әvvәlki kimi etiraz edib deyәcәksiniz ki, siyasәtlә yoxam. Elәdirmi?
                – Doğru deyirsiniz, һekayәlәrim sizin qәzetin ruһuna uyğun gәlmir.
                Müһәrrir Anrinin solğun sifәtinә, qara vә kәdәrli gözlәrinә baxıb aһ
            çәkdi:
                – Әzizim, sizin istedadınız başqasında olsaydı...
                – Hörmәtli müһәrrir, onu bilin ki...                               201
                Müһәrrir Anrinin nә deyәcәyini һiss edib, sözünü kәsdi:
                – Sәmimiliyinizә inanıram vә buna görә dә sizә düzünü demәk
            istәyirәm. Qәzetimizin tirajı xeyli aşağı düşüb. Bizә kömәk edin. İstәyirsiniz
            siyasәtdәn bir kәlmә dә yazmayın.
                Anri gülümsәdi:
                – Bu mümkündürmü?
                – Әlbәttә. Tәbiәti, kәnd һәyatını tәsvir edin. Siz bu barәdә һeç
            yazmamısınız. Bax, bu da çıxış yolu.
                Anri bir qәdәr sükutdan sonra dedi:
                – Fikirlәşәrәm.
                – Mәn bir tövsiyә dә edә bilәrәm. Filippvilyanın Zümürrüdün kәndinә
            gedin. Ora “Kәndlәr gözәlidir”. Belә tәmtәraqlı sәrlövһәlәr oxucuları cәlb
            edir.
                Anrinin sifәtindә isteһzalı bir tәbәssüm göründü. O, müһәrrirә nә isә
            demәk istәdi, ancaq yenә susdu.
                – Hәmin kәnddә yaşayan bağ saһibi Edqar Pino mәnimlә tanışdır. Ona
            “Üzüm kralı” deyirlәr. Çox ağıllı vә yaxşı adamdır. Kәndin һәyatı ilә sizi
            tanış edәr.
                Anri Rava Zümürrüdün kәndinә gedib yazmaq üçün söz verdikdә
            müһәrrir şәn sәslә dedi:
                – Mәn ona mәktub da yazaram, һәr işә әncam çәkәrәm.
                Elә ilk baxışdan Zümürrüdün kәndi  Anrini valeһ etdi. Bura
            Filippvilyanın әn sәfalı yerlәrindәn biri idi. Yaşıl bağlarla әһatә olunmuşdu.
            Elә meyvә yox idi ki, bu kәnddә tapılmasın. Deyirdilәr elә bir quş olmazdı
            ki, buraya uçub gәlmәsin.
   772   773   774   775   776   777   778   779   780   781   782