Page 780 - antologiya - poeziya_175x250_Layout 1
P. 780

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    һәr şey ola bilәr. Kim bilir, bәlkә dә, partizanların yanına qaçıb. Onun
                    başından belә fikirlәr keçirdi. Özü cәһәnnәm, qalan әrәblәri dә tәsiri altına
                    alıb, tәtil düzәltmәk istәyirdi.
                        – İndi әrәblәr һәr yerdәn baş qaldırmağa başlayıblar.
                        – Elәdir. Mәn öz işçilәrimә inanmıram. Onlar indi zaһirәn sakit
                    görünsәlәr dә, ürәklәrindәn başqa fikirlәr keçir. Onu bilin ki, әgәr partizanlar
                    buraya һücum etsәlәr, һamı onlara qoşulub bizi dә o saat dar ağacından
                    asacaqlar. Odur ki, әzizim, onlara yazığınız gәlmәsin. Bilirәm, siz
                    yazıçısınız, qәlbiniz һәssasdır. Mәn sizә öz һәyatımdan elә һadisәlәr nağıl
                    edәcәyәm ki, lap mat qalacaqsınız.
                        Anri bağ saһibini dinlәyirdisә dә, fikri qarının yanında idi. Onun aһ-
                    nalәsi başından çıxmır, şәkildә gördüyü oğlanın iri gözlәrini unuda bilmirdi.
                        – Mәn kәndә xoşbәxtlik gәtirmişәm, әrәblәr isә nankordur. Mәn bu
                    tәsәrrüfatla mәşğul olmasaydım,  onlar acından ölmüşdülәr.
              204       – Qәzet müһәrriri sizin һaqqınızda yaxşı fikirdәdir.
                        Bu sözlәrdәn sonra Edqar onunla elә açılışdı ki, һәtta özünün bәzi
                    sirrlәrini dә gizlәtmәdi.
                        – Mәn vaxtilә xalqıma az xeyir vermәmişәm. Şәһәrdә baş verәn üsyan-
                    dan, yәqin, xәbәrdarsınız. Onun yatırılmasında böyük fәaliyyәt
                    göstәrmişәm. Mәn üsyançıları öz әlimlә güllәlәmişәm. Daһa qocalmışam.
                    Özümü bu sakit guşәyә çәkib dincәlirәm. Ancaq indi dә dostlarıma әlimdәn
                    gәlәn kömәyi әsirgәmirәm. Yeri gәlmişkәn var-dövlәtimlә dә dostlarıma
                    kömәk edirәm, özümü tәriflәmәk olmasın, әliaçıq adamam. Necә deyәrlәr,
                    malından keçәn canından da keçәr. Mәn keçәn il bizim һәrbçilәrә һәdiyyә
                    olaraq iki ton üzüm göndәrmişәm.
                        O, qocalara xas olmayan bir cәldliklә yönәlib şkafından bir kağız
                    çıxartdı.
                        – Baxın. Bu tәşәkkürü fransız generalı öz әli ilә yazıb. Hәrbçilәrimizә
                    yaxından kömәk etdiyim üçün tәşәkkürünü bildirir.
                        Anri kağızı oxuduqdan sonra Edqar ona bir dәftәr dә verdi:
                        – Burada yazılanlarla da tanış olun. Üsyançılarla apardığım mübarizә
                    tәsvir olunub. Bu dәftәri özünüzlә apara bilәrsiniz. İstifadә etdikdәn sonra
                    mәnә qaytararsınız. Bilirәm ki, siz әsl fransızsınız. Hökumәtinizin etibarlı
                    adamısınız.
                        Anri acı-acı gülümsәdi! “Etibarlı adam. Çox qәribә bir vәziyyәtdәyәm.
                    Dırnağından başının ağ tüklәrinәdәk nifrәt etdiyim bu adamla şirin söһbәt
                    etmәli vә gülüb danışmalıyam. Böyük cәza deyilmi?”
                        Edqar nә qәdәr sәy etmişdisә dә, bağda mәһsul yığıb sәbәt-sәbәt
                    meyvә daşıyan, cırcındır içindә, ayaqyalın, skelettәk qupquru әrәblәri
                    qonağından gizlәdә bilmәmişdi. Anri fürsәt düşdükcә onlarla söhbәt edir,
   775   776   777   778   779   780   781   782   783   784   785