Page 734 - antologiya - poeziya_175x250_Layout 1
P. 734

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    maqnan öldürmәyin tәfavütünü bilirәm. Söz mәsәli, mәni heç kim vur -
                    mayıb, amma diri gözlü öldürmәk istәyәnlәr olub... Mәn adam vurma ğına
                    vurmuşam, ancaq bir Allah bәndәsini öldürmәk xәyalına düşmәmişәm. Bax.
                    Bunu görürsәn? – Usta sağ әlini irәli uzadıb gözümün qәnşәrindә oynatdı.
                    – Vuranda bәrk vurmuşam. Mәnim düdәmeyi-hindiyәmi yeyәn çul kimi
                    yerә sәrilib, amma ölmәyib... Ölmәyini istәmәmişәm. Mәn sәnin üçün nә -
                    yәm mәgәr? Qulduram, yoxsa cәllad?
                        – Usta, – deyә mәn ona cavab verәndә, nә qәdәr istәdimsә, sәsimin
                    titrәyişini gizlәdә bilmәdim, belә görünürdü ki, canımdakı üşütmә hәlә
                    tamam yox olub getmәmişdi. – Axı mәn nә quldur sözünü dilimә gәtirdim,
                    nә cәllad...
                        – Hәlә bir gәtirmәk dә istәyirdin?
                        Gözlәrim onun әlinә zillәndi. Çiynimә dәyәcәk zәrbәdәn vaxtında
              158   yayınmaq üçün bir az da geriyә çәkilmәk mәslәhәtdir. Deyәsәn, o qorx -
                    duğumu yalnız indicә hiss elәyib, әlini şalvar cibinә saldı vә qәhvәyi rәngli
                    tütün qutusunu çıxardıb, uzun bir papiros bükdü, dodağı ilә kağızı yalayıb,
                    zor-güc yapışdırdı, döş cibindәn çıxartdığı patron çaxmaqla papirosunu
                    alışdırdı, qәzet kağızının hisli tüstüsünü havaya buraxdı vә yalnız bundan
                    sonra ürәyini boşaltdı.
                        – Özgә vaxtı haqdan, әdalәtdәn dәm vurursunuz. Camaat qabağında
                    danışanda, ağzınıza çullu dovşan sığışmır, bәs nә tövr olur ki, birinin haqqını
                    verәndә, o birisi yadınıza düşmür?.. Bax mәn deyәnә yaxşı mültәfit ol.
                    Ömrümdә şöhrәt vә mükafat üçün işlәmәmişәm. Hәlә bir yerdә bu barәdә
                    danışdığımı da görәn olmayıb. Ancaq mәnim yüzdәn çox şagirdim var.
                    Hәrәsi bir peşә sahibidir. Orda-burda pıçıldaşırlar ki, yaxşı işlәdik, olduq
                    Pirvәli. Ona nә qiymәt qoyublar? İndi gәl әyri oturaq, düz danışaq. Heybәt
                    mәndәn artıq neylәyib? O, әlli buruq qazıbsa, mәn altmışını qazmışam. O,
                    qırx il fәhlә olub, mәn qırx iki il olmuşam. Dәnizdә beş quyusu var,
                    mәnimki sәkkizә çatır. Bәlkә, uşağı çoxdur? Yox, burda da ondan geri
                    deyilәm, intәhası mәnimkilәrin üçü qız, biri oğlandır. Heybәtinkilәrin biri
                    qız, üçü oğlandır. Nә olar ki? İndiki qızların hәrәsi bir iyidә bәrabәrdir!..
                    Bәlkә, o partiyanı, dövlәti mәndәn çox istәyir. Bunu da deyәmmәz!
                        Mәn onun könlünü almaq üçün ürәkdәn tәsdiq elәdim:
                        – Әlbәttә, usta, әlbәttә! Siz saçınızı xalq yolunda ağartmısınız. Siz
                    bunu demәsәniz dә, mәn bilirәm!
                        – Sәn bilirsәn, görünür bilmiyәnlәr dә var!
                        – Yox, usta, bu nә sözdür? Siz nә danışırsınız?
                        Bu tәsәllim onu daha da haldan çıxartdı. Hirsli-hirsli papirosunu
                    sümürüb, kötüyünü bükmәlәdi vә mәnim külqabıma atdı:
   729   730   731   732   733   734   735   736   737   738   739