Page 733 - antologiya - poeziya_175x250_Layout 1
P. 733

Mehdi Höseyn


                – Bildim, usta, bildim nә deyirsәn.
                O, görünür, elә bu sözә bәndmiş. Bir an içindә sәbri dә, tәmkini dә yox
            olub getdi. O, sәsinә güc verdi:
                – Bәs sәn rәisimiz deyilsәn? Niyә ağzına su alıb oturmusan?
                – Usta, – dedim, – ordeni dә, fәxri adı da mәn vermirәm. Siyahıları
            mәn düzәltmirәm... Özün bilirsәn ki...
                O, sözümü ağzımda qoydu. Yenә dә ağır, amma zәhmli addımlarla
            stoluma yanaşdı, sağ әlini sırıqlı pencәyinin cibindәn çıxartdı, mәnә doğru
            meyillәndi. Düşündüm ki, mәni yalançı adlandırıb, vәl tayına bәnzәyәn
            zorba vә qabarlı әlini çiynimә endirәcәk, sümüklәrim xurd-xәşil olacaq.
            Mәn o dәqiqә müvazinәtimi itirdim vә özümü bu tәhlükәdәn qurtarmaq
            üçün tәsirli bir ifadә tapdığımı güman elәyib, kәkәlәdim:
                – Aaa, usta, ömrünüzdә heç adam öldürmüsünüz?
                Elә bunu demiş oldum. Qocanın dodaqları sәyridi. Nәfәsi daralmış   157
            kimi kәsik-kәsik soruşdu:
                – Nә?.. Nә?.. Nә dedin?
                Mәn cavab üçün söz tapmadım. Canımı üşütmә aldı. Udqunmaqdan
            başqa çarәm qalmadı. O, mәnә lap yaxın gәldi. Saysız-hesabsız qığılcım
            saçan qonur bәbәklәrindәn gözümü ayırmağa mәcbur oldum. Bu dәfә dә
            sәsini yavaşıtdı, lakin israrla tәlәb etdi:
                – Bir dә de görüm!
                Aramızdakı gәrginliyә dözmәk üçün dәmir әsәb lazım idi. Bir neçә
            dәqiqә dә susub ona cavab vermәsәydim, usta Heybәtin qisasını mәndәn
            alacağına heç bir şübhә ola bilmәzdi. Onun hәr sәsindә bir xırıltı da eşitdim:
                – Bir dә de!
                Mәn sualımı tәkrar elәdim:
                – Soruşurdum ki, ömrünüzdә heç adam vurmusunuz?
                O, gözlәrimin içinә rәhmsiz bir hәdә ilә baxdı. İki-üç dәfә başını
            buladı:
                – Yox, – dedi. – Sәn onu soruşmadın. Niyә belә tez yadından çıxdı.
                Artıq hәr bir sözümә irad tutduğunu görәndә zorla gülümsәdim.
                – Usta, – dedim, – axı belә dostluq olmaz. Hәr kәlmәmdәn yapışıb bu
            cür tәrs danışmaq nә üçündür? Birdәn-birә xasiyyәtiniz elә dәyişdi ki...
                Bu sözlәrim dә xәtrinә dәydi. O, aramızdakı dostluq tellәrini qırmağa
            tәәssüflәnmәdәn, sәsinә daha yabançı bir ifadә verdi:
                – Boş danışırsan! Kişinin xasiyyәti dәyişmәz. Mәn hәr gün bir cildә
            girәn, әldәqayırma kişilәrdәn deyilәm. Sәn soruşdun ki, adam öldürmüşәm,
            ya yox? Doğrudur, sәn universitet oxumusan, mәn kәmsavadam, ancaq vur-
   728   729   730   731   732   733   734   735   736   737   738