Page 725 - antologiya - poeziya_175x250_Layout 1
P. 725

Mir Cÿlal


            gәlәndә, uşaqlar yuxarı mәr tәbәdә nahar yeyirlәrmiş. Uşaq anasının “İdris”,
            – deyә sәsini eşitcәk, sevincәk eyvana qaçıb, mәhәccәrә dırma şanda, tәpәsi
            üstә yerә gәlib.
                – Bir şey olmayıb ki? Salamatdırmı?
                – Necә bir şey olmayıb? O hündürlükdә eyvandan daş sәkilәrә düşәn
            necә salamat qalar? Uşaq yerә dәysә idi, o saat canı çıxacaqdı. Xoşbәxtlik
            olub ki, Nazimә arvad görüb...
                – Göydәn yerә gәlәn uşağı görmәyin bir faydası varmı?
                – Arvadın igidliyinә bax da! Görüb dә, uşağı ölümdәn qurtarıb da!
                – Kimi dediniz?
                 – Nazimә! Burada tәrbiyәçidir. Nazimә kәnardan bunlara baxırmış,
            uşağın yıxıldığını görәndә, arvad özünü irәli atıb, göydә onu top kimi tutub.
            Özü yıxılıbsa da, uşağa bir şey olmayıb.
                – Demәli salamatdır?                                               149
                – Bәli, salamatdır, ona heç nә olmayıb.
                – Bәs gәlin nә üçün ağlayırdı?
                – Necә ağlamasın? Uşağın düşdüyünü görәn kimi özündәn gedib.
            Ağlamazmı? Mәnim ürәyim hәlә yerinә gәlmәyib. Uşaq salamat qurtaranda,
            elә bil dünya bizim oldu. Adam istәyir yaxşılıq olsun, ürәklәr xoş olsun!
                “Nazimә!” Bu ad mәnә tanış idi, ancaq mәn tanıdığım Nazimәnin bu-
            ralarda olacağını güman etmәzdim. Tәrbiyәçi sözünü qurtarıbmış kimi,
            әllәrini önlüyünün cibinә qoydu vә içәriyә baxıb, yavaşca mәnә işarә elәdi:
                – Budur, Nazimә özü gәlir.
                Mәn dönәndә gördüm ki, odur, özüdür.
                – Nazimә, siz hara, bura hara? – deyә soruşdum.
                O gülümsәdi:
                – Mәnim әsl yerimdir, burada işlәdiyim az qala beş il olur.
                – Bu gün, – dedim, – hamı sizin igidliyinizdәn danışır...
                – Uşağı bir xoşbәxt tәsadüf saxladı, mәn dә bir sәbәb oldum.
                Neçә il әvvәl, biz Ozan küçәsindә yaşayanda, hәmin bu Nazimә
            qonşumuz idi. Ucaboy, üzü xallı, qarayanız, hәmişә yeyin yeriyәn bir qadın
            idi. Bәzәn qapımızı bәrk-bәrk döyәr, sanki vacib bir iş üçün tәlәsik evә girib,
            üzünü anama tutar, mәrhәmәt uman bir sәslә deyәrdi:
                – Xeyransa, darıxıram, darıxıram, ay bacı!
                Mәn tez patefonu götürәr, ya tarı әlimә alardım. Anam mәni danlardı
            ki, sәn öz işinә get!
                Sonralar bildim ki, Nazimә ancaq öz evlәrindә darıxır, anam da, başqa
            qonşular kimi, uşaqlarını onun gözündәn yayındırır.
   720   721   722   723   724   725   726   727   728   729   730