Page 723 - antologiya - poeziya_175x250_Layout 1
P. 723
Mir Cÿlal
Mir Cәlal
(1908-1978)
147
Yazıçı, alim, әdәbiyyatşünas. Әmәkdar elm xadimi, filolo -
giya elmlәri doktoru, professor. “Qırmızı Әmәk Bayrağı”, “Ok-
tyabr İnqilabı”, iki dәfә “Şәrәf Nişanı” ordenlәri ilә tәltif edilib.
Ka zan Şәrq Pedaqoji İnstitutunun әdәbiyyat şöbәsindә vә Azәr -
baycan Dövlәt Elmi-Tәdqiqat İnstitutunun aspirantu rasında
tәhsil alıb. “Kommunist” qәz etindә şöbә müdiri, Azәrbaycan
Elm lәr Akademiyası Nizami adına Әdә biyyat İnstitutunda elmi
işçi vәzifәlәrindә çalışıb. 1948-ci ildәn Azәrbaycan Dövlәt Uni -
versitetindә professor kimi fәaliyyәt göstәrib. 1961-ci ildәn uni-
versitetin Azәrbaycan әdәbiyyatı kafedrasının müdiri vәzifәsindә
çalışıb. “Yeni kәndin adamları”, “Söyüd kölgә sindә”, “Tәzә şә -
hәr”, “Gülbәslәyәn qız”, “Dağlar dilә gәldi”, “Silah qardaşları”
ki mi nәsr kitablarının, “Dirilәn adam”, “Bir gәncin manifesti”,
“Yaşıdlar” kimi roman vә povestlәrin, “Vәtәn yaraları”, “Sadә
heka yәlәr”, “Hәyat heka yәlәri”, “Vәtәn”, “Lәyaqәt” adlı he ka -
yәlәr toplusunun, “Füzu linin poetik xüsusiy yәt lәri”, “C.Mәm -
mәd qu lu zadәnin realizmi haqqında”, “Yolumuz hayanadır”,
“İnsan lıq fәlsәfәsi”, “Әdә biy yatşünaslığın әsas ları”, “Klassiklәr
vә müasirlәr” kimi çox saylı әdәbi-nәzәri, elmi kitabların müәl -
lifidir. Әsәrlәri bir çox dillәrә tәrcümә edilib.