Page 718 - antologiya - poeziya_175x250_Layout 1
P. 718

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    әyriliyi ilә nә qәdәr iyrәnc idi. Hәlә onun әyri ağzından çıxan doğru sözlәr
                    özünü o qәdәr sancmış, o qәdәr incitmişdi ki... üzünü Qәribdәn döndәrdi.
                    Onun kölgәsi qarşı divara yayılmışdı. O biçimsiz kölgә tez-tez qımıldayır,
                    özünә mәxsus olan bir sәslә öz niyyәtindәn bәhs edirdi. Piyada Kәrbәla
                    ziyarәti, sonra Hәccә getmәk... xülasә, mәşәdi Qәrib yatmamış sayıqlayırdı.
                        Әlövsәt içindә acı-acı güldü, qalın dodağilә:
                        – Axmaqlar... – deyә mırıldandı.
                        – Sofi ağa, doğrudan kefsizsiniz, mәn qulluğunuzdan mürәxxәs olum.
                    Bir sözünüz varmı?
                        – Yox, – deyә Әlövsәt zarıdı.
                        Qәrib çıxdı. O, ayağa qalxaraq lampanın işığını artırdı, aşağı divarda
                    xara pәrdә ilә örtülü taxçaya yaxınlaşdı... Üç çәrәk uzunu, yarım arşın eni
                    olan bu taxça ağzına kimi kitab ilә dolu idi. Әlinә birinci dәfә әn üstdәki
                    Quran gәldi. Başdan açdı. İlk ağ vәrәqlәrdә qaralanmış tarixlәri nәzәrdәn
              142   keçirtdi.
                        1860-1902 sәnә miladi, Şamaxı zәlzәlәsi... Bunlar atasının qeyd etdiyi
                    tarixlәrdi. Sonra ardınca 1917-ci sәnә miladi. Nikolayın taxtdan düşmәsi,
                    18 ermәni-müsәlman davası, Şamaxının yanması, daha sonra türklәrin
                    gәlmәsi, Müsavat hökumәti, әn axırda “bolşeviklәrin buraları fәth etmәsi”
                    cümlәlәlәri gözünә sataşdı. Qәlbindә doğan nifrәt hissini ifadә edәcәk bir
                    kәlmә belә olsun pıçıldamağa cürәt etmәdi. Yalnız o sәhifәlәrdәn gizli bir
                    qeyzlә keçdi. Topa-topa vәrәqlәri çevirmәyә başladı. Artıq o vәrәqlәr bir
                    zaman özünün inandığı cәnnәt iyisi yox, paslanmış bir ömrün turş iyisini
                    verirlәrdi. Bәzi yarpaqların arasında әlfәcin, bәzәn dә, kim bilir, neçә illik
                    qurumuş qızıl yarpaqları nәzәrә çarpırdı.
                        Quranı öpmәmiş yerinә qoydu. Bu dәfә tam ortadan bir kitab çәkdi.
                    Tarixi-müqәddәs. Tәsadüfi olaraq açdığı sәhifәdә Habil vә Qabil sәrlövhәsi
                    gözünә sataşdı. Әn altdan birini çәkdi: Müsibәti-Kәrbәla, daha sonra
                    Qumru, Zәriәtül-İslam. Nihaәt Gülüstanın ilk babı әlinә gәldi. Fal açırmış
                    kimi bir müddәt dalıb durduğu yerdәn aralandı: ilk nәzәrinә dәyәn beyti
                    oxudu:

                               “Әbr әgәr ab zindәqi bәrәd
                               Hәrgiz әz zaxi-bid bәr nә xeyri”


                        – Allah sәnә rәhmәt elәsin, ay Sәdi, – deyә kitabı aldığı yerә soxdu.
                    Lampanın işığını azaltdıqdan sonra yenә әvvәlki yerinә uzandi. Fәqәt ilan
                    vuran kimi rahat ola bilmәyir, muttәhsil çevrilir, çevrilirdi. Gözlәri yenә
                    meydanda olmayan şeylәri görmәyә, qulaqları da eşitmiş olduğu şeylәri
                    yenidәn eşitmәyә başlayırdı.
   713   714   715   716   717   718   719   720   721   722   723