Page 66 - antologiya - poeziya_175x250_Layout 1
P. 66

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        ***

                        Varımdı sinәdә dәrdü-qәmü-nәhan, ölürәm.
                        Fәda olum sәnә, gәl eylә imtәhan, ölürәm.


                        Fәraqdan gecәlәr yatmaram sәbahә kimi,
                        Xәyali-zülfünә bağlı gedibdi can, ölürәm.


                        Bәhari-hüsnün әra gör necә xәzanәm mәn,
                        Bahar lalәsitәk bağrım oldu qan, ölürәm.


                        Vәrәq-vәrәq dilü can hicrin içrә odlaşdı,
             66         Misali-kәncәfә sәdparә oldu can, ölürәm.

                        O xaki-payini mәn aşiyanә etmiş idim,
                        Vәtәndәn ayri düşüb, indi lamәkan, ölürәm.

                        Dedin ki, çәk әlini damәnimdәn, әl çәkdim,
                        Tәrәhhüm eylәmәdin axır, ey cәvan, ölürәm.


                        Çәkirdim hәsrәtini, görmәdim, xudahafiz!
                        Olubdur indi işim nalәvü fәğan, ölürәm.

                        Fәraqdan tükәnib tabü taqәtim, billah,
                        Vüsalә yetmәz әlim, zarü-Natәvan, ölürәm.



                        ***


                        Sәni kimdir sevәn bica, qәrәnfil?
                        Sәnә mәn aşiqi-şeyda, qәrәnfil!

                        Sәni gülşәn әra aşuftә gördüm,
                        Yәqin bildim tutub sevda, qәrәnfil!

                        Belә pәjmürdә hal ilә durubsan,
                        Düşәr güllәr әra qovğa, qәrәnfil!
   61   62   63   64   65   66   67   68   69   70   71