Page 61 - antologiya - poeziya_175x250_Layout 1
P. 61

ßáöëãàñèì Íÿáàòè









               ***


               Sәnsiz, ey gül, könlümün bir dәm qәrarı yoxdu, yox!
               Sәndәn özgә neylәsin, bir qәmküsarı yoxdu, yox!


               Dәrdi-hicran çarәsin hәrçәnd bildim sәbr imiş,
               Neylәyim, billah, bu dәryanın kәnarı yoxdu, yox!

               Leyli! Leyli! – söylәyib çoxlar deyir kim, aşiqәm,
               Leyk Mәcnuntәk onun bir dağdarı yoxdu, yox!
                                                                                    61

               Hәr xәzanın bir baharı onsuz olmaz, olmasın,
               Bu çöl olmuş gülistanın, bir baharı yoxdu, yox!

               Güllәri, bülbüllәri, abü havası çox gözәl,
               Heyif kim, bu gülşәnin bir gülüzarı yoxdu, yox!


               Hiç eybin yox, gözәllik hamı sәndә cәmdir,
               Neylәyim amma ki, әhdin etibarı yoxdu, yox!


               Sәn nә bәslәrsәn bu tәrlanı, Nәbati, ruzü şәb?
               Mәn bu dağı çox dolandım, bir şikarı yoxdu, yox!



               ***


               Canә od vurdum özüm, pәrvanәlәrdәn küsmüşәm,
               Ta ki, Mәcnun olmuşam, divanәlәrdәn küsmüşәm.

               Bir qәlәt sözdür ki, derlәr, gәnc olur viranәdә,
               Gәnc yox, viranә çox, viranәlәrdәn küsmüşәm.


               Hasilim oldu tәhәzzübdәn nәdamәt tuşәsi,
               İndi ol baş ağrıdan әfsanәlәrdәn küsmüşәm.
   56   57   58   59   60   61   62   63   64   65   66