Page 328 - antologiya - poeziya_175x250_Layout 1
P. 328

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                                 Çәmәnlәrin nәğmәsi


                                 Baharda göyәririk...
                                 Dünyaya sıravi әsgәr kimi gәlirik –
                                 ayaq üstә – әmrә müntәzir.
                                 Üstümüzdәn mart külәyi әsir,
                                 qoşun-qoşun sәpilirik düzlәrә,
                                 sığınırıq anamız Yerә.

                                 Göylәr pay alır göylüyümüzü,
                                 Bәlkә dә, yaşayardıq bütün ömrümüzü,
                                 göylәrә boy atardıq,
                                 sürülәr, naxırlar olmasaydı,
             328                 Birinci paxıllar olmasaydı...

                                 Sağlıq
                                 Bir mәclisdә “sağlığıma” içdi
                                   bir nәhs oğlu nәhs:
                                 – Yüz әlli il ömr elәyib filankәs,
                                 sәn dә yaşa o qәdәr.
                                         Boşaldı qәdәhlәr.
                                 Bir demәdi bu nәhs oğlu nәhs,
                                 ömrün bütün günlәrini
                                   yaşayıbmı filankәs?

                                 Özündәn başqa bir adamın qayğı yükünü
                                   daşıyıbmı filankәs?
                                 Yaşayıbmı, görәsәn?
                                 Kimlәrdәn seçilib dәst-xәtti?
                                 Hansı meyarla ölçülüb ömrünün hәddi?
                                 Rüşvәtiylә hәdiyyәsinin,
                                             hörmәtiylә yaltaqlığının
                                         sәrhәddi olubmu?
                                 Sevinciylә bәrabәr
                                  dәrdi olubmu?
                                 Bir mәclisdә “sağlığıma” içdi
                                  bir nәhs oğlu nәhs:
                                 – Yüz әlli il ömr elәyib filankәs...
   323   324   325   326   327   328   329   330   331   332   333