Page 329 - antologiya - poeziya_175x250_Layout 1
P. 329

Abbas Abdulla


                         “NEKROLOQ”
                                  Atamın xatirəsinə

                         Milyonlardan biriydim,
                         Qoçaq idim –
                         hamı kimi yox.
                         Qorxaq idim –
                         hamı kimi yox.
                         Ömrümü oğurladı tufanlardan biri –
                         neçә-neçә tufandan biri.
                         Yaş yalanın tufanına yandım,
                         Yaş yalan –
                         neçә-neçә yalandan biri.
                         Bir tәbәssüm apardım özümlә
                         Acı bir tәbәssüm.                                          329
                         Mәni yaşayan insan!
                         O tәbәssümdәn özünü gözlә!
                         O tәbәssüm –
                         neçә-neçә tәbәssümdәn biri.
                         Bir uzunsaçlının saçı
                         mәndәn qalan xatirә.
                         Xatirә – acı-acı,
                         neçә-neçә xatirәdәn biri.
                         Bir göz itirdim
                         saçın rәngli,
                         Xәzәr ahәngli.
                         O göz –
                         adi gözlәrdәn deyildi.
                         Ürәyimdә bir Günәş yaşardı,
                         Onun hәrarәti
                         Mәni zindandan qurtardı.
                         O da adi Günәş deyildi.
                         Bunu bir mәn yox,
                         milyonlar bilirdi.
                         Bir anamı çox sevirdim,
                         Bir dә Tofiq Fikrәti.
                         ...Oğlum daha çox sevәcәk
                         Nazim Hikmәti.
                         Qınamayın bizi yaradan tәbiәti.
   324   325   326   327   328   329   330   331   332   333   334