Page 302 - antologiya - poeziya_175x250_Layout 1
P. 302

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                      Bu da ki, belә...

                                 Bu bostanı necә әkib-becәrim?!
                                 Yağışı quruyub, su da ki, belә...
                                 Kasadlıq afәtdir; nә fәrqi varmış:
                                 Ya mişovul yesin, ya da ki, belә...

                                 Kotan nәdi, fil qaldırar bu qırğı!
                                 Heç nәdәn yarılır dağların bağrı...
                                 Kor quyudan nә sәs bitәr, nә qarğı:
                                 Dibindә boğulub sәda ki, belә...


                                 Laxlamış bir iman sağ qala, qalmaz!
             302
                                 Pozulmuş o hörmәt saqqala qalmaz!
                                 Bir budaq ucunda çaqqala qalmaz;
                                 Nәylә gәlir-gәlsin, qada ki, belә...


                                 Bu qaçqınlıq hardan soya, nәsilә?!.
                                 Axşam nәslә gәlir, sәhәr nәs ilә.
                                 Qorxuram bu torpaq şoran kәsilә:
                                 Göz yaşıyla doyur cada ki, belә...

                                 Sultanheydәr zirvәdәki pir idi!
                                 Ağrıyla üzbәüz, qәlbi bir idi!..
                                 Keytidağda “Qu gölü”müz qurudu;
                                 O göl qudan getdi; qu da ki, belә...

                                 Qaneyәm dünyanın azı-çoxuyla;
                                 Uyuşum tapaydım, ey kaş, yuxuyla;
                                 Aradım sәbrimi “Yahu-Yahu!”yla,
                                 Qәzәbnak olmayıb Xuda ki, belә...


                                 Hәr açan çiçәklә bir bahar sәndim;
                                 Bir qom bәnövşәyә can dәyişәrdim...
                                 Ömrümün boyunu ölçdüm; üşәndim:
                                 İndidәn düşmürәm yada ki, belә...
   297   298   299   300   301   302   303   304   305   306   307