Page 307 - antologiya - poeziya_175x250_Layout 1
P. 307

Vaqif Sÿmÿdoülu




               Eşidirsәnmi?
               Amma necә eşidәsәn...
               İki il
               yeddi ayın ayrılığıyla
               tutulub qulaqlarımız.
               Bir yandan da bu yağış...



               ***
               Telefon nömrәlәri
               oxşamaz bir-birinә.
               Amma hamısında
               insan sәsi.
                                                                                    307
               İnsan sәslәri
               oxşamaz bir-birinә:
               birindә sevinc,
               birindә kәdәr.


               Kәdәrlәr  oxşamaz,
               oxşamaz bir-birinә:
               biri ümidsiz,
               biri ümidli.


               Ümidlәr
               oxşamaz bir-birinә:
               biri Allahdan asılı,
               biri insan әlindәn.

               İnsan әllәri
               oxşamaz bir-birinә:
               biri torpaq  şumlayar,
               biri insan ömrünü.


               İnsan ömürlәri
               oxşamaz bir-birinә:
               biri yaşayar,
               biri dözәr.
   302   303   304   305   306   307   308   309   310   311   312