Page 211 - antologiya - poeziya_175x250_Layout 1
P. 211

Hþkumÿ Billuri




                Azәrbaycanım


               Haraya getsәm dә gözüm sәndәdir,
               Şeirimin axarı, sözüm sәndәdir,
               Gedәsi olarsam, izim sәndәdir
               Әzәli, әbәdi yurdum, mәkanım.
               Behiştim, cәnnәtim Azәrbaycanım!

               Doğmadan doğmasan, ey ana yurdum,
               Yolunda başımla, canımla durdum.
               Sinәndә әbәdi bir yuva qurdum,
               Dolanım başına, bir dә dolanım.
               Mәnim ömrüm, günüm Azәrbaycanım!                                     211

               Nә qәdәr dünya var, bu kainat var,
               Nә qәdәr ömür var, gün var, hәyat var,
               Nә qәdәr uçmağa mәndә qanad var,
               Bil, sәnsәn ilk yuvam, axır mәkanım,
               Eşqindәn mәşәltәk alışım, ya-nım.


               Sәninlә bircanam, bir bәdәnәm,
               Dәnizsәn, ümmansan, bir qәtrәnәm mәn,
               Günәşsәn, ulduzsan, bir zәrrәnәm mәn,
               Mәndәn üz döndәrmә, ey mehribanım,
               Dolanım başına, hәr gün dolanım.


               Bütün mәhәbbәtlәr uçsa qәlbimdәn,
               Yenә ömr edәrәm xәyalınla mәn.
               Dünya düşmәn olsa dostum ki sәnsәn,
               Doğmadan doğmasan, arxam, gümanım,
               Eşqindәn sәhәr dә, axşam da yanım.

               Sәndәn yüz yazmışam, min yazsam da az,
               Bir qolun Kürdürsә, bir qolun Araz.
               Sәninlә ömrümüz dönüb olub yaz,
               Sәnә, bircә sәnә qaynayır qanım.
               Ey ömrüm, hәyatım Azәrbaycanım!
   206   207   208   209   210   211   212   213   214   215   216