Page 1144 - antologiya - poeziya_175x250_Layout 1
P. 1144

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    hәyat nöqtәlәrinin diri olduğunu anlamışdıq.
                        ...Dәhlizdәn sәs gәldi. Gәlәn Sәidә idi. İçәri girib tәngnәfәs halda:
                        – Düşә bilmәdim – dedi, sonra mәnә baxıb, salamsız-kalamsız. –
                    Bәlkә, maşınla gedim?.. – deyә soruşdu.
                        – Hara?.. – mәn dedim.
                        – Tәcili yardıma... – Sәidә dedi, sonra başıyla atasına işarә elәyib, –
                    görmürsәn yenә nә gündәdi?!. – әlavә elәdi.
                        Sәidәnin rәngi solğun idi. Burnu qocanın burnu kimi nazilib uzanmış,
                    gözlәri çökәyә düşmüşdü.
                        – Guya hәkim gәlib neylәyәcәk, a bala?!. – kirpi-kişi dillәndi. – Tay
                    üzü o yanadı. Yasini dә bilirәm. Qorxub elә mә. Heç hara da gedәsi döyülәm.
                    Bu bәdbәxtin mәndәn savayı, kimi var ki?.. Ata-anasının bircә oğluydu.
                    Anası o, tifil ikәn dünyasını dәyişdi. Çayda boğuldu. Ögey ananın umuduna
              568   böyüdü yazıq. Bir әmioğlusu mәnәm, mәn dә gәlmişәm. Onu torpağa
                    tapşırıb dönәcәyәm.
                        Kişinin bu sözündәn otağın döşәmәsi titrәdi. Yoxsa bu, bizә belә
                    gәldi?!.
                        Döşәmәni bayaqdan bәri yerinin içinә heykәl donuq luğuyla
                    pәrçimlәnmiş qocadan qopan tәkanabәnzәr nәrilt inin titrәtdiyini Sәidәylә
                    mәn bir qәdәr sonra – qoca, tәpdiyi nәriltidәn tutulan boğazını, xarab
                    mühәrriki işә salantәk, heysiz lәngliklә xırıldada-xırıldada arıtlayanda başa
                    düş dük…
                        Qocanın nәriltisindәn sonra әmioğlunun üzündәki fә rәh, nәhayәt ki,
                    itdi.
                        – Görmәli günlәrimiz qabaqdaymış – Sәidә gözü ata sında, boğuq sәslә
                    böyrümdәn pıçıldadı.
                        Qocanın, indicә onun ölümü ilә bağlı gedәn söhbәtlәri eşitdiyini,
                    deyәsәn, o da başa düşmüşdü.
                        Әmioğlu ayağa qalxıb çarpayıya yaxınlaşdı, cibindәn, deyәsәn, özüylә
                    kәnddәn gәtirdiyi güzgü qırığını çıxarıb qocanın ağzına tutdu, sәthini
                    yoxlayıb pencәyinin qoluna sildi, yenidәn cibinә basıb:
                        – Lap az qalıb, – dedi vә yerinә әylәşib qollarını qoltu ğuna vurdu.
                        Sәidә qocaya yaxın getmәdi, yanımda әylәşib qorxudan bәrәlә qalmış
                    gözlәrini atasına zillәdi. Son günlәr onun dәhşәtli qorxu hissi keçirdiyini,
                    rәngi avazımış üzünün çaşqın ifadәlәrindәn, irilib ağara qalan gözlәrinin
                    çevik, anlaqsız hәrәkәtlәrindәn, bir dә sәsinin içiylә ötüşәn zәif
                    titrәyişlәrdәn anlamaq olurdu.
                        Sәidәnin gözlәri hәlә ötәn hәftәdәn – qoca huşu özündә ikәn, balışına
                    söykәnib yarıoturaq vәziyyәtdә qurtum-qurtum çay içdiyi yerdә mәnim qәfil
   1139   1140   1141   1142   1143   1144   1145   1146   1147   1148   1149