Page 1143 - antologiya - poeziya_175x250_Layout 1
P. 1143
Afaq Mÿsud
– Sәidә hanı?.. – soruşdum.
– Qonşuya çıxdı. Hәkimә zәng vurmağa getdi. Bayaqdan telefonu da
kәsiblәr. İş düyünә düşәndә belә olur, – kişi sözünü bitirib niyәsә mәnә
fәrәhlә baxdı.
Qoca ötәn dәfә dә bu vәziyyәtdә idi, amma danışırdı. Qız d ırmalı
adamlar kimi sayıqlayır, bir-birinә dәxli olmayan mәntiqsiz cümlәlәri
tәngnәfәs ardıcıllıqla sıraya düzür, arada sanki can çәkişmәsindәn yorulub
susur, göz qapaqlarını azca aralayıb bulanıq bәbәklәrini otaq boyu gәzdirir,
gözü mәnә sataşanda, elә bil öz içindә qәşş elәyib huşunu itirir, özünü sanki
qәsdәn növbәnöv qarabasmaların içinә salırdı.
Belә sayıqlamaları vaxtı bәzәn onun öz yatağındaca, gözümüz görә-
görә necәsә, bәdәninin, ya üzünün hansısa hәrәkәti ilә harasa, ayrı
mәkanlara düşdüyünün, orda kim lәrlәsә gizli sövdәlәşmәlәr aparıb, nәlәrisә,
hansısa hәya t әhәmiyyәtli proseslәri sәbir vә gәrginliklә izlәdiyinin şahidi 567
olurduq. Belә mәqamlar onun, hәqiqәtәn, özündә olmad ığını, yoxsa, fikrimi
yayındırmaqdan ötrü özünü bu kökә saldığını nә mәn, nә dә Sәidә heç cür
müәyyәn edә bilmir dik.
Sәidәnin dediyinә görә, o, yalnız mәni görәndә bu kökә düşürdü. Mәn
gedәndәn sonra isә özünә gәlir, balışına dir sәklәnib, heç nә olmayıbmış
kimi, dinmәz-söylәmәz şam sıyığını yeyirdi.
Dәfәlәrlә düşdüyü bu krizislәrdә – nәbzinin seyrәlib itdiyi, nәfәsinin
qısılıb son qapanmalarla xirtdәyindә pıqqıl dadığı mәqamlarda, üstünә
çağırılan hәkim briqadasının uzun-uzadı müayinәlәrdәn sonra başlarını
qaldırmadan, qәribә bir arxayınlıqla:
– Onu nahaq incidirsiz. Bu, daha bizlik deyil – demә sin d әn biz onun,
hәqiqәtәn, can üstә olduğunu anlayırdıq. Lakin elә hәmin o “canüstü”
mәqamlarda heysiz, qoca әlinin çarpayının kәnarına әylәşib qoluna
tәzyiqölçәnin rezin qolçağını bağlayan hәkimin – ortayaşlı, dolubәdәnli
cavan qadının ağ bilәyinә әqrәb kimi sarılıb, orda nәyisә acgöz-acgöz
sümürәntәk, yığılıb açıldığını görәndә dәhşәtә gә lirdik…
Onun bu xәstәhal qadın hәrisliyinin bәdnam izlәrini ölümündәn sonra –
son nәfәsi boğazında çalxanıb bitәndә dә ölü bәbәklәrindә görәcәyimizә nә
mәnim, nә dә Sәidәnin şübhәsi yox idi. Lap bu yaxınlarda o, ifadәsiz gözlәri
mәc hulluğa zillәnmiş, cansız qolları çökәk qarnının üstә quru ağac
budaqlarıtәk atılmış vәziyyәtdә uzandığı yerdә vә bir dәn-birә sönük
bәbәklәrinin hәrәkәtә gәlib, onu yoluxmağa gәlmiş qonşu gәlinin dolu
baldırlarına dikilmәsindәn, bir qәdәr sonra isә baxışlarını bizdәn
yayındırmaqdan ötrü, qadının baldırından bilinәr-bilinmәz usta bir axıntıyla
nahar masasının yoğun qıçına axıtmasından, onun hәlә saysız-hesabsız