Page 101 - antologiya - poeziya_175x250_Layout 1
P. 101

Höseyn Cavid








                Görmәdim


                Bilmәdim, uydum şu mәcnun könlümün fәryadinә,
                Eşqә dil verdim, bәladәn başqa bir şey görmәdim.
                Ruhi-mәcruhum gözәllәrdәn vәfa bәklәr yenә,
                Bәn hәnuz әsla cәfadәn başqa bir şey görmәdim.

                Görmәdim әsla dikәnsiz gül, qaranlıqsız işıq,
                Hәp visali daima tәqib edәr bir ayrılıq,
                Söylüyorlar: “Daim zevqi-sәadәt var”, yazıq!
                Seyr edib boş iddiadәn başqa bir şey görmәdim.                      101


                Gördüyüm hәr müztәrib simayә duydum mәrhәmәt,
                Yarә, hәm әğyarә yar oldum da, sevdim bicihәt;
                Aşina zәnn etdiyim hәr yüzdә heyhat!.. Aqibәt
                Boş tәmәllüqdәn, riyadәn başqa bir şey görmәdim.

                Hәr mәhәbbәt bir xәyanәt, hәr gülüş bir hiylәdir.
                Hәr sәadәt ruhu oxşar pәk sönük bir şölәdir.
                Bәlkә, var sәhvim? Fәqәt gördüklәrim hәp böylәdir...
                Görmәdim, әsla bәladәn başqa bir şey görmәdim.
   96   97   98   99   100   101   102   103   104   105   106