Page 98 - antologiya - poeziya_175x250_Layout 1
P. 98

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû









                        Mәnim tanrım...

                        Hәr qulun cahanda bir pәnahı var,
                        Hәr hәli-halın bir qiblәgahı var,
                        Hәr kәsin bir eşqi, bir Allahı var,
                        Mәnim tanrım gözәllikdir, sevgidir.

                        Gözәl sevimlidir, cәllad olsa da;
                        Sevgi xoşdur, sonu fәryad olsa da;
                        Uğrunda mәnliyim bәrbad olsa da,
              98        Son dildarım gözәllikdir, sevgidir.


                        Gözәlsiz bir gülşәn zindanә bәnzәr,
                        Sevgisiz bir başqa әqrәblәr gәzәr,
                        Nә görsәm, hanki bәzmә etsәm güzәr,
                        Hәp duyduğum gözәllikdir, sevgidir.



                        Qız mәktәbindә


                        – Quzum, yavrum! Adın nәdir?
                        – Gülbahar.
                        – Pәki, sәnin anan, baban varmı?
                        – Var.
                        – Nasıl, zәnginmidir baban?
                        – Әvәt, zәngin, bәyzadә...
                        – Öylә isә, geydiyin geyim neçin böylә sadә?
                        Yoxmu sәnin incilәrin, altun bilәrziklәrin?
                        Söylә, yavrum! Heç sıxılma...
                        – Var әfәndim, var... lakin
                        Müәllimәm hәr gün söylәr, onların yox qiymәti,
                        Bir qızın ancaq bilgidir, tәmizlikdir ziynәti.
                        – Çox doğru söz... Bu dünyada sәnin әn çox sevdiyin
   93   94   95   96   97   98   99   100   101   102   103