Page 95 - antologiya - poeziya_175x250_Layout 1
P. 95

Ñÿìÿä Ìÿíñóð


                      Gәncineyi-eşq, ancaq olur gәncә müqәddәr,
                      Sönmüş, soyumuş qәlb olamaz eşq ilә әnvәr,
                      Qurmuş mәnә eşqin bu gün, ey mәh, belә mәhşәr
                      Kim qaynatıyor beynimi bir şöleyi-azәr,
                      Dünyanı unutdum, mәnә  yalnız budur әzbәr:
                         Yüz il yaşaram, bir gün әgәr sәn mәnim olsan,
                      Sәn, ey qәdi-rәna, üzü susәn, mәnim olsan!

                      Bir vәqt sanırdım özümü dәhrdә kamil,
                      Eşqin elәmiş indi mәni hәr şeyә cahil,
                      Bir sel kimi eşq sürüklәr mәni ğafil,
                      Girdabi-mәhәbbәtdә görünmәz mәnә sahil,
                      Nә әrz, nә qәrin görürәm, kәndimә hail,
                      Olmuş, yenә eşqin elәmiş fikrimi zail,                        95
                      Endirsә qәza zәrbә dә gәr acilü-acil:
                         Yüz il yaşaram, bir gün әgәr sәn mәnim olsan,
                      Sәn, ey qәdi-rәna, üzü susәn, mәnim olsan!

                      Olmazmı müyәssәr sәnә bu nalәvü әfğan,
                      Ey zülfü pәrişan, sәni etmәzmi pәrişan,
                      Bir gün olacaqmı sәni görmәk mәnә asan,
                      Ya bir baxışın sineyi-mәcruhimә dәrman,
                      Asari-tәrәhhüm o cәbinindә nümayan –
                      Olsun mәnә, gәl  könlüm evin eylәmә viran,
                      Basmış, bürümüş olsa bütün alәmi tufan,
                         Yüz il yaşaram, bir gün әgәr sәn mәnim olsan,
                      Sәn, ey qәdi-rәna, üzü susәn, mәnim olsan!

                      Bilmәm nә şikayәt eylәyim nurdәn, ey nur,
                      Әnvardә nöqsan nәrәdәn olmalı mәqdur?
                      Sanmam ki, gözәllikdir edәn kәndini mәğrur,
                      Vәziyyәti-hal etdi sәni zalimü mәcbur,
                      Saldın nәzәri-mәrhәmәtindәn mәni sәn dur,
                      Bir xoş baxışın etmәdi bu qәlbimi mәsrur,
                      Ey canlı çiçәk, haqlı deyilmi desә Mәnsur:
                         Yüz il yaşaram, bir gün әgәr sәn mәnim olsan,
                      Sәn, ey qәdi-rәna, üzü susәn, mәnim olsan!
   90   91   92   93   94   95   96   97   98   99   100