Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü
18 Октября 2023 Makvana_Manshet-min

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

 

 

Makvala Qonaşvili

 

·        Şair, tərcüməçi;

·       1958-ci ildə Gürcüstanda anadan olub;

·        1981-ci ildə Gürcüstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib;

·      “Buradan sənə qədər”, “Sözün düzü”, “Gümbəzdən Günəşin şəfəqi sızır”, “İbadətgahım, mənim and yerim”, “Günəşin göz yaşları” və “Lalələr tonqalı” kitablarının müəllifidir;

·        əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib;

·        İlia Çavçavadze, Anna Kalandadze, Qalaqtion Tabidze və Şota Rustaveli mükafatları laureatıdır.