Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.
Makvala Qonaşvili
· Şair, tərcüməçi;
· 1958-ci ildə Gürcüstanda anadan olub;
· 1981-ci ildə Gürcüstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib;
· “Buradan sənə qədər”, “Sözün düzü”, “Gümbəzdən Günəşin şəfəqi sızır”, “İbadətgahım, mənim and yerim”, “Günəşin göz yaşları” və “Lalələr tonqalı” kitablarının müəllifidir;
· əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib;
· İlia Çavçavadze, Anna Kalandadze, Qalaqtion Tabidze və Şota Rustaveli mükafatları laureatıdır.