Page 7 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 7
Ñå÷èëìèø ÿñÿðëÿðè 7

Qallimar nәşriyyatının mәrkәzi ofisi qarşısında alınıb. Yazıçının
xarakterini parlaq dәqiqliklә göstәrdiyindәn o parçanı
oxucularımızın diqqәtinә olduğu kimi çatdırırıq:

“Günorta ikiyә işlәmişdi, küçәdә gәzirdim, zәng vurub tәzә
xәbәri çatdırdılar...” – deyir. Jurnalistlәrin hәyәcanla sorduğu
“Bәs sonra?” sualına yazıçı belә cavab verir: “Sonra? Sonra
yoluma davam elәdim”. “Necә yәni?”– jurnalistlәr tәәccüblә
soruşurlar. “Çünki... bu... necә deyim... elә bir şey idi ki...” –
Modiano cümlәlәrini nadir hallarda bitirir, amma bu dәfә
pauzadan sonra fikrini tamamlayır: “Elә bilirdim söhbәt mәn-
dәn getmir. Sanki ikilәşmişdim...” – deyir vә fikrini gözlәnilmәz
vurğu ilә bitirir. “Xüsusilә, ona görә sevindim ki, nәvәm İsveç
vәtәndaşıdır!” Bundan sonra da jurnalistlәrin suallarına cavab
vermәk yerinә özü sual verir: “Yazıçılar hәmişә öz yazdıqlarına
qarşı elә bil kor olurlar. Elә özüm dә bilmәk istәrdim ki, niyә
mәni seçiblәr”.

Amerika tәdqiqatçısı, Yell Universitetindә fransız dili
kafedrasının müdiri Elis Kaplan, Patrik Modianonun yara-
dıcılığına maraqlı rakursdan baxır: “Alimlәr unudulmanın nә
olduğunu onun kitablarından öyrәnirlәr. 1987-ci ildәn bәri
Birlәşmiş Ştatlarda Modianonun kitablarına on altı dissertasiya
hәsr olunub – xarici bir yazıçıya görünmәmiş maraqdır. Bu
marağın sәbәbi ilk növbәdә hәm fransız, hәm dә ingilis dilindә
son dәrәcә aydın olan, yığcam, detektiv әdәbiyyatından bәhrәlәnәn
yeni üslubdur. Amma Modianonu tam başa düşmәk üçün heç
olmasa ömrünüzdә bir dәfә mütlәq Parisdә olmalısınız, onun
mәhәllәlәrinin ruhunu hiss etmәli, küçә vә kafelәrinin aurasına
toxunmalısınız”.
   2   3   4   5   6   7   8   9   10   11   12