Page 5 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 5
Ñå÷èëìèø ÿñÿðëÿðè 5

UØAQ ÈNCÈKLÈYÈ, ÉÀÕÓÄ ÏÀÒÐÈÊ
ÌÎÄÈÀÍÎÍÓÍ ÈÒÈÐÈËÌÈØ ÄÖÍÉÀÑÛ

Bu ilin әdәbiyyat üzrә Nobel mükafatını 70 yaşı әrәfәsindә
alan Patrik Modiano hәlә 33 yaşında Fransanın әn nüfuzlu
Qonkur ödülünә layiq görülmәsinә baxmayaraq әdәbi favorit-
lәr sırasında deyildi. Azәrbaycan oxucusu onu yaxşı tanımasa
da, yazıçı vәtәni Fransada çoxdan klassik sayılır. Otuzdan çox
kiçik romanın müәllifidir.

İsveç Kral Akademiyası Patrik Modianoya bu mükafatı İkinci
Dünya müharibәsi, Fransanın alman faşistlәri tәrәfindәn isti-
lası dövründә әn ağlasığmaz talelәrin bәnzәrsiz dәrinliklәrinә
işıq saldığına, insanın iç dünyasını açdığına görә verib.

Patrik Modiano Fransanın әdәbiyyat sahәsindә Nobel
mükafatını almış on beşinci nümayәndәsi oldu. Ona qәdәr
1901-ci ildә Sülli-Pradomla başlanan, Jan-Pol Sartr, Andre
Jid, Jorj Simenon, Anatol Frans, Romen Rollanla davam edәn
bu siyahını 2008-ci ilin laureatı Güstav Leklezio qapadırdı.

***
Fransanın “Mond” qәzeti Modianonun mürәkkәb bioqrafi-
yasından belә yazır: “Valideynlәri 1942-ci ildә, almanların işğal
etdiyi Parisdә görüşüblәr, 1944-cü ildә evlәniblәr. Anası flamand
   1   2   3   4   5   6   7   8   9   10