Page 411 - "Bildirçin və payız"
P. 411
Ùåêàéÿëÿð
Sәssizlik
Bu otaqdan dәhşәtli nә ola bilәr? Müharibә
meydanına oxşayır. Hara baxırsan adamın canını
lәrzәyә salan alәtlәrdir: bıçaq, xәncәr, sancaq, müxtәlif
formalı vә ölçülü şpilkalara bәnzәr çoxsaylı әşyalar.
Bu dәhşәtli mәnzәrәdәn, Saqra әn yaxşı tanış olanı
qayçılardır. Dәmir stol altındakı qana bulaşmış qab,
pambıq, bint vә kәskin efir qoxusu – bunlar hamısı
namәlum dünyanın müjdәçisi rolunu oynayır. Otaqda
üç hәkim var: mama hәkimi, kardioloq vә anestezioloq,
bir dә arı kimi ora-bura qaçan cüssәli tibb bacısı –
әmәliyyat otağında ilk gözünә dәyәn bunlar olmuşdu.
İndi isә baxışları әzab çәkmәdәn üzülüb әldәn düşmüş
hәyat yoldaşının yıxılıb qaldığı vә azca yuxarı qaldırılmış
çarpayısında donub qalmışdı. Qadının baldırları
çarpayının ayağında dikәldilәn yerin üstünә aşırdılmışdı.
Ayaq tәrәfdә ağ xalatda mama hәkimi dayanmışdı.
Hamilәnin bәdәninin tәkcә yuxarı hissәsi görünürdü
vә yalnız ona әsasәn, hәkimin Saqrın gözündәn yayınan
әllәrinin hәrәkәtini sezmәk olurdu.
Qadının başı sağa-sola yırğalanır, hәmin an ağrıdan
büzüşmüş torpaq rәngindә olan sifәtinin bir tәrәfinә
işıq düşür, o biri tәrәfi qaranlığa qarışırdı.
Bu mübarizә nә vaxta kimi davam elәyәcәk? Al-
lah-tәala nә vaxt bizә rahatlıq bәxş elәyәcәk?
Mama hәkiminin әllәri daim hәrәkәtdәydi, bütün
diqqәtini hamilәyә cәmlәmişdi; gözlәrindә zәrrә qәdәr
dә hәyәcanın әlamәtlәri sezilmirdi.
411