Page 299 - "Bildirçin və payız"
P. 299
Ùåêàéÿëÿð

onları? – Amir başını yellәdi. Deyәsәn, qadın elçilik
mәsәlәlәrini öz üzәrinә götürmüşdü. İlk dәfә
qarşılaşdığı vә ilk baxışda gözünün su içmәdiyi bu
adama indi hәr cür kömәklik göstәrmәyә hazır idi.
Hisam vә bacısı Dövlәt haqqında uzun-uzadı
söhbәtdәn sonra birdәn danışığını kәsdi vә Amirә bic-
bic baxaraq göz vurdu. – Bu da Hisam. Kafeyә gedir.

Amir ürәyi döyünә-döyünә cәld hәmin adam
istiqamәtinә çöndü. Bu, hündürboy, dolu bәdәnli,
yaraşıqlı, ağbәniz vә lopabığ adamı әvvәllәr
görmәmişdi. Amirin axtardığı kәslә bu adam arasında
heç bir oxşarlıq yox idi. Onun bütün ehtimalları vә
ciddi-cәhdlәri boşa çıxmışdı. Başa düşdü ki, qapıçı,
sadәcә olaraq, tanıdığı әn yaxın çәkmәçi dükanını
(Əmin Əlinin dükanı) ona göstәrmişdi. Ayaqqabının
mәnşәyi mәsәlәsi isә sirr olaraq qalırdı. Hәdiyyә
olduğu tәqdirdә onun sahibinin müәyyәn edilmәsi
demәk olar ki, qeyri-mümkün idi. İndi o, hәr şeyi
yenidәn araşdırmağa mәcbur idi.

***
“Bu qarışıqlığa az da olsa aydınlıq gәlsәydi
dәrindәn nәfәs alardıq, – Amir öz-özünә fikirlәşdi. –
Evlәnmәk imanın yarısıdır, – deyib hәr şey yaxşı
qurtaracağı tәqdirdә Dövlәt xanımla ailә quracağı
barәdә qәti qәrara gәldi.
Gün boyu o qәdәr gәrgin vә narahat olurdu ki, nә
küçәdә kimsә ilә rastlaşmaq, nә dә ki, ofisdә Süleyman
әmi ilә göz-gözә gәlmәk istәyirdi. Lütfiyәnin faciәsini
heç cürә yadından çıxara bilmirdi. Əslindә, mәrhumә

299
   294   295   296   297   298   299   300   301   302   303   304