Page 291 - "Bildirçin və payız"
P. 291
Ùåêàéÿëÿð

anlayır vә sevdiyi qәdәr dә ona nifrәt edir. Nәhayәt,
bir yerdә olduqları günlәrin birindә qadın onun qolları
arasında “boğulmaq” istәdiyini bildirir. Gәnc dә bunu
fürsәt bilib mәşuqәsinin boğazından ikiәlli bәrk-bәrk
yapışaraq sıxmağa başlayır. Sonda qadının cansız
cәsәdi döşәmәyә yıxılır.

Gәnc cinayәt törәtdikdәn sonra qorxudan hadisә
yerindәn qaçır. Özü ilә gәtirdiyi konyak butulkası vә
şokolad qutusu isә tәlәsdiyindәn yadından çıxıb
stolun üstündә qalır. Onun yaddan çıxardığı başqa bir
mәsәlә dә vardır: şirniyyat satıcısı vә “әz-Zuhra”
dükanının sahibi onu sifәtdәn tanıyır. Çox güman ki,
bu gәnc Lütfiyә ilә eyni idarәdә işlәyib.

Müstәntiqin bu cürә düşünmәsi ağlabatandır. Əgәr
müstәntiqin yanına gedib butulka vә qutunun mәnzilә
mәhz onun tәrәfindәn gәtirildiyini vә qadının
sevgilisinin o özü olduğunu etiraf etsә, yer üzündә
onun üstündәn bu töhmәti götürәcәk vә onu dar
ağacından xilas edәcәk bir qüvvә olacaqmı?! Yox,
Amir! İndiyә kimi susmusan, inkar etmisәn, bundan
sonra elә dә davam elә!

***
Hәr ehtimala qarşı gәrәk bir dә diş hәkiminә baş
çәksin. Bu da hәmin yol, hәmin küçә, hәmin ev.
Görәsәn, Hәsәneyn Cauda әvvәlkitәk burda yaşayır?
Binanın girişindә qapıçı onu qarşıladı. O, әslәn Yuxarı
Misir vilayәtindәn gәlәnlәrә bәnzәyirdi. Amir әlindә
siqaret qapıçının müşayiәtilә binaya daxil oldu. Liftә
minәndә ona sarı çevrilib qısaca olaraq dedi:

291
   286   287   288   289   290   291   292   293   294   295   296