Page 289 - "Bildirçin və payız"
P. 289
Ùåêàéÿëÿð

Lütfiyәni öz işini vicdanla görәn vә әxlaqlı birisi kimi
xarakterizә etdi. Verilәn ifadәlәrin hamısı mәrhumә
haqqında konkret bir fikir yaradırdı: o, gözәl işçi idi.
Lakin danışılanlar müstәntiqә heç bir ipucu vermirdi.
Yalnız qarovulçu Süleyman әminin dediklәri onun
diqqәtini cәlb etdi. Dediyinә görә, o, Lütfiyәni ailә
qurmamışdan qısa müddәt öncә gәnc bir oğlanla bir
yerdә görübmüş. Bu, cinayәt baş verәn günün sәhәri
ofisә gәlib mәrhumәni soruşan hәmin oğlan idi. Hamı
bu faktı tәsdiq etdi vә sübh tezdәn Lütfiyәni soruşan
gәncin xarici görünüşünü, onun әlamәtlәrini müstәn-
tiqә tәsvir elәdi. Növbә Amirә çatanda o, verdiyi
ifadәdә namәlum ziyarәtçinin әlamәtlәrini bacardığı
qәdәr dәqiqliklә, heç nә buraxmadan sadalamağa
başladı: boyunun uzunluğunu, paltarının ölçüsünü,
kostyumunun vә saçının rәngini, xüsusilә dә ayaqqa-
bısını qeyd etdi. Müstәntiq Amiri diqqәtlә dinlәyәrәk:

– Deyәsәn, siz ona xüsusi diqqәt yetirmisiniz, –
dedi.

Amir bu sözlәrdәn bir qәdәr sıxılsa da, tәmkinini
qorumağa çalışaraq sakitcә әlavә etdi:

– O, mәnim düz qabağımda dayanmışdı.
Sorğu-sual vaxtı özünü onsuz da gәrgin hiss edәn
Amir müstәntiqin son dediklәrindәn sonra lap
sıxılmağa başladı. Üstәlik müstәntiqin otağında
eşitdiyi yeni xәbәr hәyәcanının daha da artmasına
sәbәb oldu. Mәlum oldu ki, podratçının oğlu hadisә
baş verәn gecә universitet yoldaşları ilә birgә gәzintidә
imiş. Bu isә o, demәk idi ki, onunla bağlı şübhәlәr
әsassız çıxmışdı.

289
   284   285   286   287   288   289   290   291   292   293   294