Page 261 - "Bildirçin və payız"
P. 261
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

– Yox, mәn bu rüsvayçılığa әsla yol vermәrәm, –
hәyәcanlı dillәndi.

– Bu iyrәnc kәlmәni iki dәqiqәdә bir niyә tәkrar
elәyirsәn?

– Belә şeylәrә ayıq başla yanaşmaq lazımdır.
Mәnim ana, eyni zamanda nәnә olduğumu unudur-
san.

– Başlanğıcda bu, bir az qәribә görünә bilәr, sonra
yavaş-yavaş öyrәşirsәn, heç nә barәdә narahatlıq
keçirmirsәn vә tamamilә xoşbәxtliyә baş vurursan, –
mehribancasına dedim.

Hәzin-hәzin baxıb, pıçıldadı:
– Mәnәvi rahatlığımı әlimdәn alma!
Mәnә elә gәldi ki, o yalnız bir ana, nәnә, yaxud
qohum kimi yox, artıq yad bir qadın kimi mübahisә
edirdi. Yerimdәn sıçrayıb, ona tәrәf addımladım. Bir
vaxtlar olduğu kimi, yanında әylәşmәk istәdim, lakin
o, hürküb yerindәn qalxdı vә qışqırdı:
– Toxunma mәnә!
Qışqırıq sifәtә dәyәn şapalaq tәk yandırdı. Bir
müddәt donub qaldım. Sonra suyu süzülә-süzülә
qapıya tәrәf getdim. Gedә-gedә dә:
– Allah yolunu açıq etsin! – dedim.

***
Hәr gün dostumla dәrdlәşdiyim kafeyә getmәdim,
evә dә hәmçinin. Boş-boşuna şәhәri gәzir, arabir
yolüstü qarşıma çıxan kafelәrә baş vururdum. Sәhәrә
yaxın köhnә daxmama qayıtdım.

261
   256   257   258   259   260   261   262   263   264   265   266