Page 5 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 5
Ön söz
vә ya Azәrbaycanın enerji siyasәti tarixinin әn

әhәmiyyәtli hadisәlәri

Azәrbaycanda neft hasilatının tarixi köklәri çox qәdimlәrә
gedib çıxır. Ərәb mәnbәlәrindә (Əbu İshaq İstәxri (X-XI
әsrlәr), Əbul-Hәsәn әl-Mәsudi (X әsr)) Abşeronun iqtisadi
hәyatının X әsrlәrdәn neftlә bağlı olduğu göstәrilir, bu
әrazinin “ağ” vә “qara” nefti haqqında yazılı mәlumatlar
verilir. İtaliya sәyyahı Marko Polo (XIII-XIV әsrlәr) Bakı
neftinin yaxın Şәrq ölkәlәrinә daşınması, alman diplomatı
vә sәyyahı Adam Oleari (XVII әsr) Bakıdakı neft quyuları,
türk sәyyahı Övliya Çәlәbi (XVII әsr) neft mәdәnlәri, bu
mәhsulun İrana, Orta Asiyaya, Türkiyәyә vә Hindistana
aparılması vә әldә olunan illik gәlirlәr haqqında müxtәlif
mәnbәlәrdә mәlumat vermişlәr. Balaxanıda neft
quyularından birindә 35 m. dәrinlikdә aşkar edilmiş daş
üzәrindәki yazıda quyunun hәlә 1594-cü ildә usta Allahyar
Mәmmәdnur oğlu tәrәfindәn qazılıb istifadәyә verildiyi
göstәrilir. Alman sәyyahı, hәkim vә tәbiәtşünası Engelbert
Kempfer İsveç sәfirliyinin katibi qismindә 1683-cü ildә
Abşeron yarımadasında – Balaxanı, Binәqәdi, Suraxanı
yataqlarında olmuş, neftin bu yarımadadan İrana, Orta
Asiyaya vә Şimali Qafqaza daşınmasından söhbәt açmışdır.

Azәrbaycanda neft sәnayesinin inkişafı bir neçә
mәrhәlәyә ayrılır ki, bunların da hәr biri özünәmәxsusluğu
ilә seçilir.

I mәrhәlә: 1847-48-ci illәrdә dünyada ilk dәfә Bibiheybәt
vә Balaxanı yataqlarında mexaniki üsulla qazılmış
quyulardan sәnaye әhәmiyyәtli neft alınır, bununla da

5
   1   2   3   4   5   6   7   8   9   10