Page 283 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 283
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Türkmәnistan qazının bazarda dayanıqlığı da şübhә
altındadır. Belә ki, Avrozonada enerji istehlakı hәcminin
dә aşağı düşmәsinә sәbәb olan böhranı nәzәrә alsaq, Avropa
Birliyinin bu qazın hamısını almaq iqtidarında olduğuna
tәminat vermәk olduqca çәtindir;

Türkmәn qazı, onun әn böyük istehlakçılarından olan
Çini sәhnәyә gәtirir. Lakin ortaya yeni bir sual çıxır: Bu
qaz hәm Qәrbi, hәm dә Şәrqi eyni vaxtda tәmin etmәyә
qadirdirmi? Rusiyanın “RİA Novosti” agentliyinin verdiyi
mәlumata әsasәn, çinli bir diplomat aşağıdakıları qeyd
edib: “Çin Türkmәnistanın Avropa ölkәlәrinә uzanan boru
kәmәri inşa etmәsinә vә qazın qiymәtindә onun üçün Avropa
bazarları ilә müqayisәdә daha yüksәk tariflәrin müәyyәn edilmәsinә
razı deyil. Buna görә dә, “Trans-Xәzәr” layihәsinin inkişaf et-
mәmәsi üçün rәsmi Pekin әlindәn gәlәni edәcәk”. Qeyd etmәliyik
ki, Çin Türkmәnistan iqtisadiyyatına әn çox sәrmayә yatıran
ölkәlәrdәndir.

Layihә qarşısında duran bütün maneәlәri nәzәrә alsaq,
bu gün sonu görünmәyәn danışıqlar vә sәs-küylü
bәyanatlardan savayı, bir mәsәlә qalmadığını anlamaq olar.
   278   279   280   281   282   283   284   285   286   287   288