Page 279 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 279
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Böyük qaz layihәsi balanslaşdırma
siyasәtindәn asılıdır1

Dünyanın әn böyük qaz müqavilәsi Mәrkәzi Asiyadan
Cәnubi Avropaya qazın nәqlini hәyata keçirәcәk. Lakin bu
müqavilәnin әn әhәmiyyәtli tәrәfi onun Azәrbaycanın eyni
zamanda hәm Avropanın, hәm dә Rusiya vә İranın işinә
yarımaq qabiliyyәtini üzә çıxarmasıdır.

“BP” şirkәtinin “Cәnub Dәhlizi” üzrә vitse-prezidenti
Co Mörfi: “Xәzәrin Azәrbaycana aid hissәsindәn mavi yanacağın
Gürcüstan, Türkiyә, Yunanıstan, Albaniya vә Bolqarıstandan
keçmәklә İtaliyaya qәdәr nәqlini nәzәrdә tutan, tarixdә әn böyük
qaz müqavilәsi reallaşmaq üzrәdir. 7 ölkә, 11 investisiya şirkәti vә
11 alıcının birgә әmәkdaşlığını tәlәb edәn 45 milyard dollarlıq
layihәnin әsası Azәrbaycanın paytaxtı Bakı şәhәrindә qoyulmuşdur”.

Mörfi Corctaun Universitetindә “Cәnub Qaz Dәhlizi”,
Avropanın tәhlükәsizliyi mәsәlәsindә fәsadlar” mövzusunda
keçirilәn dәyirmi masada layihә ilә әlaqәdar belә bir izahat
verib: “Layihәyә strateji nöqteyi-nәzәrdәn İngiltәrә, Norveç,
Türkiyә vә Azәrbaycana mәxsus neft-kimya şirkәtlәri, hәmçinin
geosiyasi sabitliyi qorumaq naminә İran vә Rusiya müәssisәlәri
dә cәlb olunmuşdur”.

O, hәmçinin әlavә edib: “Azәrbaycan qazı növbәti 25 il
üçün artıq 11 istehlakçıya satılmışdır. “BP” sәnәdlәri hәmin
satışın 100 milyard dollar hәcmindә olduğunu göstәrir. Layihә,
eyni zamanda, 1994-cü ildә Azәrbaycanla beynәlxalq şirkәtlәr
arasında imzalanmış “Əsrin müqavilәsi”nin davamı kimi dә
qiymәtlәndirilir”.

Rusiyadan yan ötmәklә Avropaya qazın nәqlini hәyata
keçirәn layihә Birlәşmiş Ştatlar tәrәfindәn müsbәt qarşılanıb.

1 http://www.mintpressnews.com/record-gas-project-depends-diplomatic-balanc-
ing-act/196735/ by Sean Nevins September 19, 2014

279
   274   275   276   277   278   279   280   281   282   283   284