Page 263 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 263
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

ölkәmizә qarşı dost münasibәti ilә seçilәn şirkәtlәr “TANAP”
layihәsindә payçı, yaxud sәrmayәçi kimi iştirak edә bilәrlәr.
Əlbәttә ki, layihәdә kimin iştirak edib-etmәyәcәyini biz müәyyәn
edәcәyik”.

“Nabukko” layihәsinin payçıları Avstriyanın “OMV”,
Almaniyanın “RWE”, Macarıstanın “FGSZ”, Rumıniyanın
“Transqaz”, Bolqarıstanın “Bulgarian Energy Holding” vә
Türkiyәnin “BOTAŞ” şirkәtlәridir. Onların hәr birinin
layihәdә payı 16.67%-dir.

Qaz hasil edәn nәhәng şirkәtin olmaması “Nabukko”
layihәsinin zәif tәrәfi idi. Lakin qısa müddәt әrzindә
vәziyyәt dәyişdi. Artıq may ayında, Azәrbaycanla Türkiyә
arasında “Trans-Anadolu qaz boru kәmәri” layihәsinә dair
sazişin imzalanması gözlәnildiyi bir vaxtda “Nabukko”
layihә şirkәti “Şahdәniz” konsorsiumuna daxil olan
şirkәtlәrdәn bir neçәsinin “Nabukko”nun ixtisar variantı
olan “Nabukko-West”ә qoşulması tәklifi ilә çıxış etdi.

“Şahdәniz” konsorsiumuna daxil olan şirkәtlәrdәn ilk
olaraq “BP” “Nabukko” konsorsiumuna qoşulmaq barәdә
niyyәtini açıqladı. Konsorsium eyni zamanda, Azәrbaycan
Respublikası Dövlәt Neft Şirkәtini dә “Nabukko-West”
layihәsinә qoşmaq üçün cәhdlәr etdi. Bunun ardınca Bakıda
keçirilәn toplantıda “Nabukko” konsorsiumu “Nabukko-
West” vә “TANAP”-ın birlәşdirilmәsi üçün danışıqlara
başlanmasını tәklif etdi.

Belәliklә, “Nabukko” konsorsiumu vacib әhәmiyyәt
kәsb edәn yenidәnqurma işlәrinә başlamağa hazırdır, eyni
zamanda, ayrı-ayrı mәsәlәlәr barәdә qәrar qәbul etmәk
hüquqlarını qaz tәdarükçülәri vә qaz kәmәri layihәsinә
yeni qoşulanların xeyrinә tәzәdәn müәyyәn edәcәk. Bu
isә, öz növbәsindә, layihәdә payçıların ayrı-ayrılıqda bacara
bilmәyәcәklәri bir işin, yәni “Nabukko-West” kәmәrinin
tikintisinin maliyyәlәşdirilmәsini hәyata keçirmәyә kömәk
edәcәk.

263
   258   259   260   261   262   263   264   265   266   267   268