Page 259 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 259
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

ayının 7-dә Avropa İttifaqının Praqadakı sammitindә
qüvvәyә minib. Rusiyalı ekspertlәrin fikrincә, bu layihә
rәsmi Moskvanın bölgәdәki maraqlarını tәhdid edir.
Hәmçinin Avropanın enerji tәchizatında alternativ yolların
axtarılması, Rusiyanın Şәrqi Avropada geosiyasi tәsirinin
zәiflәdilmәsi vә Avropa Birliyinin mövqeyinin möh-
kәmlәndirilmәsi dә yeni tәşәbbüsün prioritet elementlәrinә
daxildir. AB demokratik islahatların keçirilmәsi müqabilindә
Azәrbaycan, Ermәnistan, Gürcüstan, Belarus, Moldova vә
Ukraynanın da daxil olduğu “Şәrq Tәrәfdaşlığı” blokuna 4
il müddәtinә (2009-cu ilin mayından 2013-cü ilә qәdәr) 600
milyon avro mәblәğindә pul ayıracağına söz vermişdi.
Qeyd edәk ki, Azәrbaycanı çıxmaq şәrtilә bu ölkәlәrin hәr
biri qaz tәdarükü ilә bağlı Rusiyadan asılı vәziyyәtdәdir.

Avropa Birliyinә üzv ölkәlәr tәcili olaraq qaz tәchizatının
şaxәlәndirilmәsinә, Rusiya qazından daha ucuz qazın Avro-
paya çatdırılmasına vә enerji tәhlükәsizliyinin güclәndiril-
mәsinә ehtiyac duyur. Rusiya vә Ukrayna arasında qazın
qiymәti vә boru kәmәrindәn istifadәyә görә ödәnilәcәk
mәblәğ mәsәlәsindә yaranan narazılıq bәzi AB ölkәlәri ilә
yanaşı, “Şәrq Tәrәfdaşlığı” bloku üzvlәrinә dә qazın ixracı
mәsәlәsindә mәnfi tәsir göstәrib. Digәr tәrәfdәn, 2009-cu
ildәn etibarәn Azәrbaycan Avropanı kifayәt qәdәr tәbii
qazla tәmin etmәk üçün potensial qaz ehtiyatlarına sahib
olduğunu sübut edib.

Siyasi vә iqtisadi tәzyiqlәr

Ottingerin Ketrin Eştona mәktubunda deyilirdi: “Biz
hәr şeydәn әvvәl “Nabukko West” vә “TAP” layihәlәrinin
müqayisәli tәhlilindәn uzaq durmalıyıq”. Əslindә, tövsiyәnin
mahiyyәtinin nәdәn ibarәt olması hamıya bәllidir: iki

259
   254   255   256   257   258   259   260   261   262   263   264