Page 257 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 257
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Paet: Azәrbaycan vә Mәrkәzi Asiya ilә yeni әlaqәlәr
AB-nin enerji müstәqilliyini artıracaq1

Estoniyanın xarici işlәr naziri Urmas Paet birlik ölkәlәrinin
xarici işlәr nazirlәrinin enerji mәsәlәlәrinә dair müzakirәsi
zamanı “Avropa Birliyinin enerji siyasәtinin xarici aspektlәrinin
güclәndirilmәsi daxili bazarın da inkişaf etdirilmәsinә kömәk
edәcәk”, – deyә, bildirib.

“Enerji siyasәtinin xarici aspektini möhkәmlәndirmәk vә
“üçüncü dünya” ölkәlәri ilә münasibәtlәri vahid şәklә salmaq ol-
duqca vacibdir” – deyәn Paet, bunun beynәlxalq enerji baza-
rının yaradılması istiqamәtindә dә vacib amil olduğunu
vurğulayıb.

Estoniya xarici işlәr naziri, hәmçinin qeyd edib ki,
“üçüncü dünya” ölkәlәri ilә enerji münasibәtlәri siyasi dia-
loqun vacib tәrәfini tәşkil etmәlidir. Enerji tәhlükәsizliyini
güclәndirmәk, uzunmüddәtli vә etibarlı enerji tәchizatları
ilә tәminat üçün Avropa Birliyi әmәkdaşlıq, azad ticarәt vә
enerji sazişlәri tәklif etmәlidir.

“Estoniya “Cәnub Qaz Dәhlizi” layihәsinin inkişafını dәs-
tәklәyir. Bu layihә Avropa Birliyinin tәchizatla bağlı tәhlükәsizliyini
artırmağa, әlaqәlәrin vә tәbii qazla tәchizat kanallarının şaxә-
lәndirilmәsinә, yeni tәchizatçıların cәlb edilmәsinә yardım edәcәk”
– deyәn Estoniyanın xarici işlәr naziri layihәnin әhәmiyyәtini
belә izah edib: ““Cәnub Qaz Dәhlizi”nin inkişafı Avropa Birliyi
üçün böyük mәna kәsb edir. Belә ki, onun uğur qazanması
dünyada әn böyük tәbii qaz istehlakçısı olan AB ölkәlәrini nәhәng
tәbii qaz mәnbәlәri ilә birlәşdirmәyә kömәk edәcәk. Layihәnin
reallaşması üçün AB ölkәlәri müstәqil yox, birlik halında çalışmalıdır.
Estoniya Azәrbaycan qazının Avropaya çatdırılmasında “Nabukko”
vә “Trans-Adriatik qaz kәmәri” layihәlәrinin böyük rol oynayacağına
inanır”.

1 http://www.baltic-course.com/eng/energy/?doc=73756 BC, Tallinn, 23.04.2013

257
   252   253   254   255   256   257   258   259   260   261   262